Rusiyada COVID-19-a qarşı üç preparat hazırlandı

Rusiyada COVID-19-a qarşı üç preparat hazırlandı
30 Mar 2020 12:55

Rusiya Elmlər Akademiyasının mütəxəssislərinin iştirakı ilə koronavirus infeksiyasının müalicəsində istifadə olunma potensialına malik üç dərman preparatı yaradılıb.

Rusiyalı akademik Vladimir Çexoninin sözlərinə görə, bir neçə il əvvəl virus əleyhinə "triazavirin" preparatı hazırlanıb. Akademik bu preparatın koronavirusun da müalicəsi üçün istifadə edilə biləcəyini deyib.

Akademik həmçinin, COVID-19-un da daxil olduğu RNA viruslarının müalicəsində istifadə olunan, yapon alimləri tərəfindən yaradılmış favipiravir preparatının kifayət qədər effektiv sintezi barədə danışıb.

Rusiya Elmlər Akademiyasının vitse-prezidenti hər iki preparatın xüsusi müəssisələrdə sınaqlara hazır olduğunu qeyd edib.

Akademik heyvanlarda koronavirus infeksiyalarının müalicəsində istifadə olunan fosprenil dərmanının əsasında yaradılmış "fortepren" preparatını da vurğulayıb:

“Fortepren"ə gəldikdə isə, artıq bu preparat bütün kliniki sınaq mərhələlərindən keçib. Hətta insanlar üzərində də sınaqdan keçirilib”.

28 Mar 2024
Dünya

Tokayev Çinə səfər edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Boao Asiya Forumunun (BAF) 23-cü sessiyasında iştirak etmək üçün Çinə səfər edib.

28 Mar 2024
Dünya

Yük gəmisinin çırpıldığı körpüdə ölənlərin sayı açıqlandı

ABŞ-ın Merilənd ştatının Baltimor şəhərində körpünün uçması nəticəsində 6 nəfərin öldüyü təsdiqlənib.

28 Mar 2024
Dünya

Rusiyanın şərqində güclü qum fırtınası - FOTO/VİDEO

Rusiyanın Amur vilayətində, Çin-Monqolustan sərhədi yaxınlığında güclü qum fırtınası yaşanıb.

28 Mar 2024
Dünya

Peruda güclü zəlzələ olub

Peruda 5,3 maqnitudalı zəlzələ olub.

28 Mar 2024
Dünya

Fransada həyəcan təbili: Silah ehtiyatı azalır

“Fransanın raket və sursat ehtiyatı çox zəifdir”.