Koronavirus geyim və maskanın üzərində nə qədər qala bilər?

Koronavirus geyim və maskanın üzərində nə qədər qala bilər?
30 Mar 2020 10:50

Honkonq Universitetinin alimləri koronavirusun dörd dərəcə temperaturda uzun müddət aktiv qala bildiyini müəyyən ediblər.

Alimlər həmçinin, koronavirusun geyimlərin üzərində iki günə qədər qaldığını üzə çıxarıblar.

Araşdırmalar göstərib ki, dörd dərəcə temperaturda uzun müddət stabil qalan koronavirus dezinfeksiya işləri aparılmadığı halda, yalnız 14 gün sonra zəifləməyə başlayır. Həmçinin, elmi adı "SARS-CoV-2" olan yeni tip koronavirusun yüksək temperatura davamsız olduğu, 70 dərəcə temperaturda beş dəqiqə ərzində təsirini itirdiyi qeyd olunub.

Hansı səthlərdə nə qədər qala bilər?

Alimlər qeyd edirlər ki, virus kağız üzərində ən çoxu üç saat, geyimlər və emal olunmuş taxta üzərində iki günə qədər, şüşə səthdə dörd günə qədər, plastik səthlərdə isə bir həftəyə qədər qala bilir.

Alimlər həmçinin, koronavirusun tibbi maskaların xarici səthində yeddi günə qədər qala biləcəyini açıqlayıblar. Mütəxəssislər maskaların tez-tez dezinfeksiya edilməsinin vacibliyini bildiriblər.

8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.