Azərbaycan Çin, İtaliya və İspaniyanın koronavirusla mübarizə istiqamətində aparılan təcrübələrini araşdırır

Azərbaycan Çin, İtaliya və İspaniyanın koronavirusla mübarizə istiqamətində aparılan təcrübələrini araşdırır
29 Mar 2020 14:28

“Dünyada artıq koronavirusa yoluxanların sayı 600 minə çatıb. Bu rəqəm dayanmadan artır”.

realpress.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə Siyasəti və İslahatlar Şöbəsinin müdir müavini Nabil Seyidov ATV-nin canlı efirində çıxışı zamanı deyib. O bildirib ki, həm dünya ölkələri üzrə, həm də Azərbaycanda koronavirusla bağlı yoluxma hallarının sayında artım var:

“Təəssüf ki, bu virusa yoluxma halları Azərbaycanda da müşahidə olunur. Qeyd edim ki, son günlərdə də ölkəmizdə koronavirusa yoluxan şəxslər müəyyən olunub. Bu çox mühüm məsələdir. Bu gün dünya ölkələri ilə müqayisədə Azərbaycanda vəziyyət nisbətən yaxşıdır. Ölkə üzrə koronavirusun müəyyənləşdirilməsi istiqamətində aparılan testlərin, karantinə alınan vətəndaşların sayı artır. Bu müsbət haldır. Bu imkan verir ki, xəstəliyə yoluxma hallarının qarşısı alınsın.

Artıq ölkədə koronavirusa yoluxanların sayı 200 nəfərə yaxınlaşmaq üzrədir. Təəssüf ki, ağır və orta ağır xəstələrimizin də sayı artır. Bu gün səhiyyə işçilərinin çiyinlərinə ağır yük düşür. Həkimlərimizin mövcud vəziyyətə daim hazır olması bizi sevindirir. Eyni zamanda, Azərbaycan öz növbəsində Çin, İtaliya və İspaniyanın da koronavirusla mübarizə istiqamətində aparılan təcrübələri də araşdırmağa davam edir”.

25 Apr 2024
Dünya

Avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

25 Apr 2024
Dünya

Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

25 Apr 2024
Dünya

İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.