Yol Polisindən bu sürücülərə sərt XƏBƏRDARLIQ

Yol Polisindən bu sürücülərə sərt XƏBƏRDARLIQ
29 Mar 2020 14:24

“Yük avtomobillərinin sürücüləri bu istisnadan istifadə edib özləri ilə başqa bir sərnişin aparmasınlar. Həmin şəxsin yükə aidiyyəti olmadığı təqdirdə karantin rejiminin pozulması halı kimi qiymətləndirilib inzibati məsuliyyətə cəlb olunacaq”.

 bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat katibi Kamran Əliyev İTV-nin efirində deyib. O bildirib ki, martın 29-dan etibarən bütün şəhərlər və rayonlar arası nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb:

“Yəni, bu günə kimi yalnız sərnişindaşıma fəaliyyəti ilə məşğul olanların hərəkətinə qadağa qoyulmuşdu, ancaq artıq istər şəxsi, istər hansısa müəssisəyə məxsus avtomobillərin rayon və şəhərlərarası hərəkəti tam dayandırılıb. Artıq rayonlararası yollarda da postlar yaradılıb. İstisna təşkil edən nəqliyyat vasitələri təcili tibbi yardım, qəza xilasetmə, kənd təsərrüfatı məhsullarını daşıyan, eləcədə yük avtomobilləridir. Yük avtomobilləri dolu, boş, apardığı məhsuldan asılı olmayaraq, hərəkət edə bilər. Nəqliyyat vasitəsində isə yalnız həmin yüklərə məsul olan şəxslər daşına bilər”.

18 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb.

18 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.

18 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

18 Apr 2024
Cəmiyyət

Başlıbel qətliamından 31 il ötür - VİDEO

Bu gün Başlıbel qətliamının növbəti ildönümüdür.