Bakı metrosunda sıxlıq yaranması ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakı metrosunda sıxlıq yaranması ilə bağlı RƏSMİ AÇIQLAMA
29 Mar 2020 14:21

“Bu gün səhər saatlarında əvvəlki günlərlə müqayisədə sıxlıq bir neçə dəfə az olub”.

realpress.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Hərəkət xidmətinin rəisi Etibar İsayev ATV-nin canlı efirində məlumat verib.

O bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən, Bakı Metropoliteni səhər saat 07:00-09:00 arası fəaliyyət göstərib:

“Səhər saat 07:00-da qatarlar işə başlayıb. Aidiyyəti üzrə saat 09:00-da metro stansiyalarına sərnişinlərin girişi dayandırılıb. Lakin son sərnişinlər mənzil başına çatdırılıb. Sərnişinlər arasında sıxlıq müşahidə edilməyib. İstənilən halda insanlar özləri də sanitar-gigiyenik normalara riayət etməlidir. Sıxlıq yaratmamalıdır. Bu gün metropolitenin fəaliyyətinin müvəqqəti də olsa, limitlənməsi dezinfeksiya tədbilərinin daha da aktiv aparılmasına şərait yaradıb. Metro stansiyaların fəaliyyəti bir də axşam saat 17:00-20:00 arası olacaq”.

Etibar İsayev onu da əlavə edib ki, qatarların intervalında dəyişiklik olmayıb:

“Sərnişinlər arasında nəzərə çarpacaq dərəcədə seyrəklik müşahidə edilir. Əvvəlcədən bu rejimin tətbiqi ilə bağlı məlumat daxil olub. Bunun əsasında hərəkət qrafiki tərtib etdik. Pandemiyadan əvvəl hansı qrafiklə çalışırdıqsa, o qrafiklə davam edəcəyik. Bu o deməkdir ki, “28 May” - “Həzi Aslanov” stansiyası arasında qatarlar 2,5 dəqiqə, “28 May”- “Dərnəgül”, “28 May” - “İçərişəhər” stansiyalarında isə beş dəqiqəlik intervalla qatarlar hərəkət edəcək.

“Cəfər Cabbarlı” və “Xətai” stansiyası eləcə də bənövşəyi xəttin “Memar Əcəmi”- “Avtovağzal” stansiyaları üzrə qatarlar hansı qrafiklə çalışırdısa, elə də davam edir”.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin gücləndirilməsilə haqqında qərarına əsasən bu gündən Bakı metrosu üçün yeni iş vaxtı müəyyən edilib. Martın 29-dan Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 arası olacaq. Azərbaycanda 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilib.

15 Apr 2024
Cəmiyyət

İmtahan nəticələri elan olundu

Aprelin 14-də inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə Bakı və Naxçıvan şəhərlərində kağız daşıyıcılar vasitəsilə keçirilən dövlət qulluğuna qəbul imtahanının nəticələri elan olunub.

15 Apr 2024
Cəmiyyət

Azərbaycanda aqrar sektor 1 % böyüyüb

Bu ilin I rübündə Azərbaycanda 1 milyard 444,6 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.

15 Apr 2024
Cəmiyyət

Ötən həftə 476,7 hektar ərazi minalardan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

15 Apr 2024
Cəmiyyət

Bayram günlərində milli parkları 5 mindən çox turist ziyarət edib

Milli parklara bayram tətili günlərində 5 mindən artıq turist səfər edib.

15 Apr 2024
Cəmiyyət

Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 6 769 nəfər və ya 0,1 faiz artaraq bu ilin mart ayının 1-i vəziyyətinə 10 187 539 nəfər təşkil edib.