TƏBİB sədri ölkədə koronavirusa nəzarətdən danışdı: “Əgər bu tədbirlər vaxtında görülməsəydi...”

TƏBİB sədri ölkədə koronavirusa nəzarətdən danışdı: “Əgər bu tədbirlər vaxtında görülməsəydi...”
29 Mar 2020 13:44

“Həyata keçirdiyimiz məqsədyönlü karantin tədbirləri nəticəsində epidemioloji vəziyyətə nəzarət edə bilirik. Əgər bu tədbirlər vaxtında görülməsəydi, biz səfərbər olmasaydıq, bütün həkimlər ordusu, təcili yardım xidməti səfərbər olmasaydı, bu gün vəziyyəti idarə edə bilməzdik”.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı AzTV-də “Hədəf” verilişində dilə gətirib.

Onun sözlərinə görə, Azərbaycanda vəziyyət qonşu ölkələrdən fərqlidir:

“Qonşu Cənubi Qafqaz ölkələrindən fərqli olaraq, bizim əhalimiz çoxdur, dünya ilə iqtisadi, turizm əlaqələrimiz genişdir. Ona görə bizim riskimiz o ölkələrdən dəfələrlə artıqdır.

Yoluxma halları artıq daxildən çıxırsa, regionlarda baş verirsə, bu, bizim üçün ciddi həyəcan siqnalıdır. Bizim A, B, C, D, E planlarımız vardı. İstəyirik ki, bütün planlarımızı indidən hazırlayaq ki, heç bir problemlə üzləşməyək, müalicə müəssisələrimizin resursları buna yetsin.

Ən inkişaf etmiş dövlətlərin belə səhiyyəsi COVID-19 qarşısında iflic vəziyyətdə qalıb. Artıq çox ağır vəziyyətdə olanları qəbul etmək istəmirlər, xəstələri çeşidləyiblər. Onları taleyin axarına buraxıblar.

Biz istəmirik ki, heç bir Azərbaycan vətəndaşını taleyin ümidinə buraxaq.

Biz regionlardakı tibb müəssisələrinin resurslarının yetməyəcəyini göz önünə alaraq, indidən tədbirlər görürük”.

8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.