Martın 29-na keçən gecə Kərbəla bayraqdarının mövludunun ildönümüdür

Martın 29-na keçən gecə Kərbəla bayraqdarının mövludunun ildönümüdür
28 Mar 2020 15:27

Bu gecə, Şaban ayının 4-də (bu il martın 28-dən 29-na keçən gecə), müsəlmanlar imam Əlinin (ə) və Ümmülbəninin oğlu, imam Həsən (ə) və imam Hüseynin (ə) qardaşı, Kərbəlada İmam Hüseyn (ə) dəstəsinin bayraqdarı Həzrət Abbasın (ə) təvəllüd gününü qeyd edirlər.

İslam.az-ın məlumatına əsasən, Həzrət Abbas (ə) hicrətin 26-cı ilində dünyaya gəlib, çoxlu fəzilətlərinə görə "Əbəlfəzl", yəni fəzilət atası və sahibi ləqəbini qazanıb.

Qısa ömür sürməsinə baxmayaraq, Həzrət Abbas (ə) Allah yolunda misilsiz xidmətlər göstərib. Əlbəttə ki, həyatının kulminasiya nöqtəsi hicri tarixi ilə 61-ci il Məhərrəm ayının 10-da Kərbəlada baş verən hadisədir. Minlərlə düşmən tərəfindən mühasirədə olan imam Hüseyn (ə) İslam bayrağını məhz kiçik qardaşına tapşırdı. O da bu missiyanın öhdəsindən layiqincə gəldi. Düşmən bu bayrağı onun əllərindən ala bilməyəcəyini anladı. Həzrət Abbas (ə) bayrağı əldən vermədi, qollarını qurban verdi, amma Hüseynin (ə) əmanətinə xəyanət etmədi.

Həmən hadisələrdən 1400 ilə yaxın vaxt ötməsinə baxmayaraq, Əbəlfəzl Abbas (ə) sücaət və sadiqlik, qeyrət və mərdlik rəmzi olaraq qəlblərdə yaşamaqdadır. Həzrət Abbasın (ə) bu dünyadakı son anları müxtəlif variantlarda təsvir edilir. Amma bunun elə də böyük əhəmiyyəti yoxdur. Əhəmiyyətli odur ki, Həzrət Abbas (ə) son nəfəsinə qədər Allahın layiqli qulu oldu, onun dostları ilə dost, düşmənləri ilə düşmən oldu. Möminin zindanı adlandırılan bu dünyaya vida edərkən isə gələcək nəsillərə ideal qardaş, sadiq dost, kamil müsəlman obrazını miras buraxdı.

Bu mübarək gün münasibəti ilə bütün müsəlmanları təbrik edirik, onlara Həzrət Abbas (ə) mərdliyi və sadiqliyi diləyirik.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.