Karantində olan Azərbaycan idmançıları - ARAŞDIRMA + VİDEO

Karantində olan Azərbaycan idmançıları - ARAŞDIRMA + VİDEO
28 Mar 2020 11:21

Hazırda Azərbaycanda üç minə yaxın insan koronavirusla bağlı karantində saxlanılır. Bunların arasında peşəkar idmançılar da var.

realpress.az mövzu ilə əlaqədar araşdırma aparıb. Məlum olub ki, hazırda yeddi idmançı karantindədir.

Onlar hotellərin birində yerləşdiriliblər. Karantində olanlardan biri pauerliftinq millimizin üzvü Hafiz Verdiyevdir.

Pauerliftinq üzrə dünya çempionumuz şəxsi işi ilə bağlı getdiyi Belarusun paytaxtı Minskdən martın 21-də qayıdarkən karantinə alınıb. 2017-ci ildə ölkə başçısı tərəfindən mənzillə, bu ayın əvvəlində isə Gənclər və İdman Nazirliyi tərəfindən Respublika dərəcəli hakim adı ilə təltif olunmuş Hafiz Verdiyev, böyük ehtimalla, aprelin 3-də evinə buraxılacaq.

Karantində qalan digər idmançılarımız isə Azərbaycan Qocu-Ru Okinava Karate-Do və Kobudo Növləri Federasiyasının idmançılarıdır. Bunlar Yusif Əhmədov, Məhəmməd Allahverdiyev, Müşviq Həzili, Ramin Kazımov, Tural Quliyev və Şəms Əhmədovadır. Həmin federasiyanın prezidenti, yeniyetmə, gənclər və kişilər arasında komandaların baş məşqçisi Tarverdi Allahverdiyev də onların arasında olsa da, dünən artıq evinə buraxılıb. 

İdmançılara gəlincə, onlar Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş yarışda iştirak ediblər. Martın 19-u səhər xüsusi reyslə Bakıya qayıdıblar. Karantin müddətində onlarda koronavirusun simptomları üzə çıxmazsa, aprelin əvvəllərində evə buraxılacaqlar.


Səbuhi Musayev
29 Mar 2024
Cəmiyyət

“Böyük Dəbilqə”: İlk gündə Azərbaycanın 3 cüdoçusu mübarizə aparacaq

Bu gün Türkiyənin Antalya şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək.

29 Mar 2024
Cəmiyyət

Xırdalanda 10-dan çox qumbara tapıldı - FOTO/VİDEO

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində sursat aşkar edilib.

29 Mar 2024
Cəmiyyət

Naxçıvandan Qarabağa yola düşən şəhid ailələri Füzulidə olublar - FOTO

Bu gün Naxçıvandan Qarabağa yola düşən şəhid ailələri Füzuli rayonunda olublar.

29 Mar 2024
Cəmiyyət

Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Xalqımıza qarşı həyata keçirilmiş ən dəhşətli soyqırımı hadisələrindən biri 1918-ci ilin mart-aprel aylarında törədilib və bu qanlı hadisə Azərbaycan tarixinə 31 Mart soyqırımı kimi yazılıb.

29 Mar 2024
Cəmiyyət

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.