Britaniyada koronaviruslu xəstələri müəyyən etmək üçün itlərdən istifadə ediləcək

Britaniyada koronaviruslu xəstələri müəyyən etmək üçün itlərdən istifadə ediləcək
28 Mar 2020 10:44

Böyük Britaniyada koronavirusla maraqlı mübarizə üsuluna əl atacaqlar. 

 “Medical Detection Dogs” təşkilatı, Darem Universiteti və London gigiyena və tropik tibb məktəbi itlərə COVID-19-a yoluxan insanları qoxusuna görə seçə bilməyi öyrədəcəklər.

Bildirilir ki, itlər insanda onkologiyanı, Parkinson xəstəliyini, malyariyanı və digər bakterial infeksiyaları artıq müəyyən edə bilirlər.

Mütəxəssislərin sözlərinə əsasən, hər xəstəliyin xüsusi iyi var. Buna görə də, alimlər hesab edirlər ki, itlər koronavirusu aşkar etməyi altı həftə ərzində öyrənə biləcəklər. Bundan sonra isə onları hava limanlarında ölkəyə gələnləri yoxlamaq üçün istifadə etmək olar.

17 Apr 2024
Dünya

Qazaxıstanda 117 mindən çox insan təxiliyə edilib

Qazaxıstan xilasediciləri daşqınlar səbəbindən 117 mindən çox insanı məskunlaşmış ərazilərdən təxliyə ediblər.

17 Apr 2024
Dünya

Tbilisidə atışma olub: Yaralananlar var

Gürcüstanın paytaxtı Tbilisidə atışma olub, üç nəfər yaralanıb.

17 Apr 2024
Dünya

Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır

Azərbaycanın yunan-Roma və sərbəst güləş üzrə U-15 milliləri Avropa çempionatına hazırlaşır.