Turizm sektoruna dəstək mexanizmləri hazırlandı

Turizm sektoruna dəstək mexanizmləri hazırlandı
27 Mar 2020 17:45

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev turizm şirkətlərinə müraciət edib.

Müraciətdə bildirilir ki, dünya turizm sənayesi COVID-19 pandemiyasının sürətlə yayılması nəticəsində hazırda ağır dövrünü yaşayır.

Qeyd olunur ki, turizm sahəsində böyük təcrübəyə sahib olan aparıcı ölkələr belə üzləşdikləri problemin öhdəsindən gəlməkdə çətinlik çəkir və bu böhrandan çıxış yolunu tapmaq üçün mümkün vasitələri nəzərdən keçirir:

“Azərbaycan da son illər sürətlə inkişaf edən turizm ölkəsi kimi COVID-19 pandemiyasının ölkə ərazisində yayılması səbəbindən çətin günlərini yaşayır. Azərbaycan Turizm Agentlikləri Assosiasiyası bu çətin dövrdə ölkənin formalaşan turizm sənayesində mühüm yer tutan turizm şirkətlərinin üzləşdikləri problemləri daim diqqətdə saxlayıb və aparıcı turizm şirkətlərinin rəhbərləri ilə təmasda olaraq, onların problemləri ilə maraqlanıb.

Mövcud vəziyyəti nəzərə alaraq, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası turizm şirkətlərinin COVID-19 virusu səbəbindən üzləşdiyi çətinlikləri aradan qaldırmaq və pandemiya nəticəsində zərər görmüş şirkətlərin fəaliyyətini stimullaşdırmaq üçün təkliflər hazırlayaraq Dövlət Turizm Agentliyinə təqdim edib.

Təqdim edilən dəstək mexanizmlərinə aşağıdakılar daxildir:

1. 2020-ci ilin altı ayı müddətinə turizm agentliklərində işləyən muzdlu işçilərin minimum əməkhaqlarının subsidiyalaşdırılması;

2. Vergi ödəyicilərinin bir il müddətinə (2020-ci il üçün) hər növ vergi öhdəliklərindən azad edilməsi (DSMF, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, mənfəət vergisi, sadələşdirilmiş, ƏDV, daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan vergi və s.);

3. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlar tərəfindən ödənilən icarə haqları üzrə ən az üç aylıq maliyyə dəstəyinin verilməsi (zərurət olarsa, bu dəstəyin işçilərin ixtisar olunmaması şərti ilə altı ayadək uzadılması);

4. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların açıq məkanda (fasad) reklam yayımına görə, rüsumdan ən az bir il müddətinə azad olunması;

5. Zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların mövcud kredit və bank qarantiya öhdəliklərinin minimum altı ay müddətinə dondurulması;

6. Kredit faizlərinin subsidiyalaşdırılması və kredit zəmanəti alətlərindən də pandemiyanın zərər vurduğu sahələrdə fəal istifadə olunması (girovsuz kreditlərə zəmanətlərin verilməsi, ilin sonunadək komissiyaların ləğv edilməsi, faiz subsidiyasının zəmanətli olmayan kreditlərə də şamil olunması);

7. Pandemiyadan zərər çəkmiş fəaliyyət sahələrində kommunal xidmətlərin ödənişinə dair kompensasiyaların ödənilməsi;

8. Yaxın gələcəkdə turizm fondunun yaradılması prosesinin sürətləndirilməsi və turizm biznesinin sığortalanması zərurətinə yenidən baxılması;

İnanırıq ki, bütün gücümüzü səfərbər etsək, birgə çalışsaq, bu çətinliyin öhdəsindən gələ biləcəyik və Azərbaycan turizmini daha da inkişaf etdirəcəyik”.

24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.