Belə bir çətin zamanda bütün ölkə “COVID-19” təhlükəsinə qarşı mübarizədə birləşib.
AZAL bu məqsədlə hər kəsi sosial məsuliyyəti dərk edərək, evdən çıxmamağa, yaxınları və ailələrinin, xüsusilə yaşlıların qayğısına qalmağa, onların yanında olmağa, əməl və sözlə dəstəkləməyə çağırır:
“Gücləndirilmiş rejimdə işləyən, həmvətənlərimizi təxliyyə edən “Azərbaycan Hava Yolları”nın kollektivi Azərbaycan həkimlərinə öz dərin təşəkkürünü bildirir. Bu gün onlar “ön cəbhədə” çalışır və bu təhlükə ilə ilk üzləşənlərdəndirlər.
Birlik göstərək! Yalnız hamımızın səylərini birləşdirərək bu təhlükəli xəstəliyə qalib gələ bilərik!”
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.
Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.
Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.