Azərbaycanda qadını üç günlük körpəsi ilə küçəyə atdılar: Ölümlə hədələnir

Azərbaycanda qadını üç günlük körpəsi ilə küçəyə atdılar: Ölümlə hədələnir
27 Mar 2020 16:11

Bu günlərdə Azərbaycanın rayonlarından birində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzinə üç günlük körpəsi ilə birgə həyat yoldaşı və onun ailəsi tərəfindən evə buraxılmayan bir qadın müraciət edib.

Komitədən verilən məlumata görə, üzərində şəxsiyyətini təsdiq edən sənədi olmayan qadın sənədinin götürülməsi üçün evə dönəcəyi halda, ölümlə hədələndiyini, getməyə heç bir yeri olmadığını və valideynlərinin də onu qəbul etmədiyini bildirib.

Uşaq və Ailələrə Dəstək Mərkəzi həmin rayonun icra hakimiyyəti yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yerli monitorinq qrupu” ilə birgə təcili toplanaraq, məsələnin həlli istiqamətində müzakirə aparıb. Qadının yaxın ailə üzvləri ilə aparılan söhbətlərə baxmayaraq, onun öz valideynlərinin evinə yerləşdirilməsi belə mümkün olmayıb.

Məişət zorakılığının xüsusiyyətini və bu zəmində indiyədək baş vermiş qətl hadisələrini əsas götürərək, analoji hallar baş verdiyi təqdirdə zərərçəkənin yaşadığı və hədələndiyi ailəyə hətta polisin göstərişi olduğu halda yenidən qaytarılmasının böyük risk olduğu bu hadisə zamanı da nəzərə alınıb.

Belə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsələ ilə bağlı tövsiyə və göstərişinə müvafiq olaraq, körpəsi ilə axşam saatlarında küçədə qalmaq məcburiyyətində olan qadın Uşaq və Ailələrə Dəstək Mərkəzində polisin iştirakı ilə müvəqqəti yerləşdirilib.

Ana və uşaq lazımi qida və yataq yeri ilə təmin edilib, hadisə ilə bağlı mövcud qaydalara uyğun qiymətləndirmə aparılıb, fərdi hal qovluğu açılaraq iş protokollaşdırılıb.

Növbəti gün ana və körpəsi Bakı şəhərində yerləşən “Təmiz Dünya” sığınacağına yerləşdirilib. Hazırda qadın və uşağın vəziyyəti normaldır və sığınacağın sosial işçiləri tərəfindən operativ dəstək proqramına cəlb ediliblər. Məsələ ilə bağlı Dövlət Komitəsi, Uşaq və Ailələrə Dəstək Mərkəzi, müvafiq sığınacaq, yerli icra hakimiyyətinin monitorinq qrupu və Daxili İşlər Nazirliyi birgə fəaliyyətlərini davam etdirəcək.

19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.