AZAL aviabiletlərin satışı ilə bağlı məlumat yaydı - YENİLƏNİB

AZAL aviabiletlərin satışı ilə bağlı məlumat yaydı - YENİLƏNİB
27 Mar 2020 15:45

AZAL aviaşirkəti Azərbaycan vətəndaşları üçün Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin həyata keçirilməsi qaydalarını açıqlayıb.

Bildirilib ki,  Azərbaycan vətəndaşları bu qaydalara qeyd-şərtsiz əməl etməlidirlər.

Bakıdan Naxçıvana uçmalı olan Azərbaycan vətəndaşları üçün qaydalar: 

- Bakıdan Naxçıvana yalnız Naxçıvan Muxtar Respublikasında daimi yaşayan sərnişinlər uça bilər;

- AZAL aviaşirkətinin müntəzəm reysləri həftədə bir dəfə, cümə axşamları yerinə yetiriləcək. Bakıdan uçuş vaxtı saat 13:10-da müəyyən edilib;

- reyslər Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci Terminalından həyata keçiriləcək. Yalnız adlarına aviabilet əldə edən sərnişinlərin aerovağzal binasına daxil olmasına icazə verilir. Digər şəxslərin, o cümlədən, müşayiət edən (qarşılayan/yola salan) şəxslərin aerovağzal binasına girişi qadağandır;

- insanların bir yerə sıx toplaşmasının qarşısının alınması məqsədilə AZAL-ın şəhərdəki aviabilet satış ofisləri bağlıdır, Bakıdan Naxçıvan istiqaməti üzrə reysə aviabiletləri AZAL aviaşirkətinin saytından əldə edə bilərsiniz (www.azal.az);

- Aviaşirkətə məxsus satış ofislərindən əldə olunan aviabiletlər yalnız həftənin cümə axşamları günləri  Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci Terminalının satış kassasında geri qaytarıla və dəyişdirilə bilər;

- AZAL aviaşirkətinin rəsmi saytından əldə olunan aviabiletlərin geri qaytarılması və ya dəyişdirilməsi ilə bağlı suallarınız üçün [email protected] elektron poçt vasitəsilə dəstək xidmətinə müraciət edə bilərsiniz; 

Naxçıvandan Bakıya uçmalı olan Azərbaycan vətəndaşları üçün qaydalar: 

- Naxçıvandan Bakıya yalnız Bakıda və ölkənin digər bölgələrində daimi yaşayan sərnişinlər uça bilər. Naxçıvandan uçuş vaxtı 15:30-da müəyyən edilib.

- Naxçıvan Muxtar Respublikasında daimi yaşayan Azərbaycan vətəndaşlarının Bakıya uçub gəlmələri qadağandır;

- xarici vətəndaşlar üçün Naxçıvandan Bakıya uçub getmək qadağandır;

- Bakıya gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilir.

AZAL aviaşirkəti bir daha vətəndaşları kəskin ehtiyac olmadan evlərindən çıxmamağa və hava yolu ilə səyahətlərdən çəkinməyə çağırır. Aviaşirkət dünyanın əksər ölkələrinin qarşılaşdığı hazırkı fövqəladə vəziyyətdə daha təmkinli olmağı və görülən tədbirlərə anlayışla yanaşmağı xahiş edir.

12:54

“Azərbaycan Hava Yolları” ASC aviabiletlərin satışını yalnız aviaşirkətin rəsmi saytından həyata keçirir. 

Bununla bağlı AZAL məlumat yayıb.

“Hörmətli sərnişinlər, nəzərinizə çatdıraq ki, insanların bir yerə sıx toplaşmasının qarşısının alınması məqsədilə Bakıda yerləşən satış ofislərimiz bağlandığından aviabiletləri yalnız aviaşirkətin rəsmi saytından əldə etmək mümkündür: www.azal.az

Rəsmi saytımızdan əldə edilmiş aviabiletlərin qaytarılması / dəyişdirilməsi ilə bağlı müştəri xidmətlərinə [email protected] e-poçt ünvanı vasitəsilə müraciət etməniz xahiş olunur.

Aviaşirkətin öz satış ofislərindən əldə edilmiş aviabiletləri isə Heydər Əliyev Beynəlxalq Aeroportu, Terminal 2-nin kassalarında dəyişdirə və ya qaytara bilərsiniz”, - məlumatda qeyd olunur.

19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.