Bulvar ərazisinə daxil olmaq qadağan olunub? - AÇIQLAMA

Bulvar ərazisinə daxil olmaq qadağan olunub? - AÇIQLAMA
27 Mar 2020 15:44

“Ağ Şəhər bulvarı ərazisinə vətəndaşların daxil olmasına qadağa qoyulmayıb”.

Bu barədə realpress.az-a açıqlamasında Bakı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Günay Yelmarqızı Dənizkənarı Bulvar ərazisinə vətəndaşların daxil olmasının qadağan edilməsinə dair sosial şəbəkələrdə yayılan məlumata münasibət bildirərkən deyib. 

O qeyd edib ki, əraziyə yalnız avtomobillərin daxil olması qadağandır:

“Bulvar ərazisində iki parkinq var. Bütün maarifləndirici tədbirlərə baxmayaraq, əraziyə avtomobillər yaxınlaşır. Burada xidmət göstərən polis əməkdaşları məhz avtomobillərin əraziyə daxil olmasının qarşısını alır. Artıq iki gündür ki, bu parkinqlərin bağlanmasına qərar verilib. Bu da Nazirlər Kabinetinin qəbul etdiyi müvafiq qərara uyğun olaraq, atılan addımdır.

Piyadaların bulvar ərazisinə daxil olması qadağan edilməyib. Bu məlumat həqiqəti əks etdirmir. Sadəcə olaraq, polis əməkdaşları insanlara yaxınlaşaraq, toplu şəkildə hərəkət etməməyi, ara məsafəsini gözləməyi, maska və əlçəklərdən istifadə etməyi tövsiyə edirlər. Təbii ki, ən doğrusu ehtiyac olmadığı təqdirdə evdən bayıra çıxmamaqdır”.


23 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

23 Apr 2024
Cəmiyyət

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. 

23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.