DYP-dən xəbərdarlıq: “Rayon qeydiyyatında olan nəqliyyat vasitələri...”

DYP-dən xəbərdarlıq: “Rayon qeydiyyatında olan nəqliyyat vasitələri...”
27 Mar 2020 15:37

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov realpress.az-a bildirib ki, yol polisi ölkədə elan edilmiş karantin rejimini nəzərə alaraq, yayılma ehtimalı olan virusa qarşı qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə şəxsi avtomobillərdən az istifadə edilməsini tövsiyə edir:

“Bunu nəzərə alaraq, hər bir hərəkət iştirakçısını “Evdə qal!” kampaniyasına qoşulmağa dəvət edirik. Bununla siz özünüzün, yaxınlarınızın və ətrafda olanların sağlamlığının qeydinə qalmış olacaqsınız.

Eyni zamanda, şəxsi avtomobillərdən istifadə edilməməsi və “Evdə qal!” kampaniyasına qoşulmaq yol-nəqliyyat hadisələrinin, eləcə də, yol hərəkəti qaydalarının pozulmasının azalmasına zəmin yaradır.

Beləliklə, xüsusi təyinatlı və operativ nəqliyyat vasitələrinin, küçə və yollarda gigiyenik tələbləri yerinə yetirən şəxslərin rahat və təhlükəsiz hərəkəti təmin edilmiş olur”.

“Sürücülərdən, xüsusən də hazırda paytaxtda bölgə qeydiyyatında olan dövlət nömrə nişanlı nəqliyyat vasitələrini idarə edən şəxslərdən xahiş olunur ki, lüzumsuz olaraq yola çıxıb karantin qaydalarını pozmasınlar.

Əlavə olaraq, bir daha bildiririk ki, karantin tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyət yaradır. Ümid edirik ki, hər bir hərəkət iştirakçısı, xüsusən də sürücülər bu tələblərin yerinə yetirilməsini anlayışla qəbul edəcəklər”, - deyə V.Əsədov qeyd edib.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.

25 Apr 2024
Cəmiyyət

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov 25 aprel - Sahibkarlar Günü ilə bağlı iş adamlarını təbrik edib.

25 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti cüzi bahalaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

25 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.