Bakıda qırmızı işığı gözləməyən “Prado” qəzaya səbəb oldu: Yaralılar var

Bakıda qırmızı işığı gözləməyən “Prado” qəzaya səbəb oldu: Yaralılar var
27 Mar 2020 09:40

Bakının Qara Qarayev prospektində baş vermiş qəzada xəsarət alanların kimliyi bəlli olub.  

realpress.az xəbər verir ki, hadisə nəticəsində 1974-cü il təvəllüdlü Nəbiyev Hacıkərim Qiyas oğlu və onun oğlu 2000-ci il təvəllüdlü Emil Nəbiyev xəsarət alıblar.  

Hər iki yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.  

H.Nəbiyevə ayağın əzilmiş yarası, E.Nəbiyevə isə sağ bazu sümüyünün sınığı diaqnozu qoyulub. 


00:21

Nizami rayonunda iki avtomobilin toqquşması zamanı iki nəfər xəsarət alıb.  

realpress.az xəbər verir ki, hadisə Qara Qarayev prospekti ilə Nəsimi küçəsinin kəsişməsində baş verib.  

İlkin məlumata görə, Qara Qarayev prospektilə hərəkətdə olan “Toyota Prado” markalı avtomobil işıqforun qırmızı işığından keçərək yoluna davam edib.  

Bu zaman nəqliyyat vasitəsi qarşıdan gələrək işıqforun yaşıl işığında hərəkətdə olan “Opel” markalı avtomobilə çırpılıb. Zərbənin gücündən “Toyota” yol-hərəkət nişanını qıraraq səkiyə çıxıb.  

Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Əraziyə Nizami Rayon Polis İdarəsinin, DYP və əməkdaşları və Təcili Tibbi Yardım briqadası cəlb edilib.  

Avtotexniki ekspertiza təyin edilib. Yolda sıxlığın qarşısını almaq məqsədilə polis əməkdaşları tənzimləmə işləri aparıb.  

Hadisənin təfərrüatı araşdırılır.  



8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.