Yaşı 65-i keçən deputatlar parlamentin iclasına qatılacaq? - RƏSMİ

Yaşı 65-i keçən deputatlar parlamentin iclasına qatılacaq? - RƏSMİ
26 Mar 2020 13:11

“Milli Məclisin yaşı 65-dən yuxarı olan deputatlarından xahiş olunacaq ki, onlar Nazirlər Kabineti yanında operativ qərargahın elan etdiyi xüsusi karantin rejiminə riayət etsinlər”.

Bu barədə realpress.az-a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu yaşı 65-i keçən deputatların parlamentin iclasına qatılıb-qatılmayacağı barədə sualı cavablandırarkən deyib.

Qeyd edək ki, martın 30-da Milli Məclisin iclası keçiriləcək. Parlamentin 27 deputatının yaşı 65-dən yuxarıdır.

Martın 23-də Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib.

İclasda ölkədə koronavirus infeksiyası (COVID-19) ilə bağlı vəziyyət müzakirə olunub.

İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqqında qərar qəbul edilib.  

Qərarda bildirilir ki, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən, sosial xidmətlərin göstərilməsi təmin ediləcək.


18 Apr 2024
Siyasət

Rəşad Nəbiyev Ağdaşda vətəndaşları qəbul edib

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

18 Apr 2024
Siyasət

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan Milli Məclisi və Yeni Kaledoniyanın Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

18 Apr 2024
Siyasət

Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.

18 Apr 2024
Siyasət

17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək

17 yaşadək sərbəst və yunan-Roma güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək.