“Yuventus”un futbolçusu azərbaycanlı müğənninin mahnısını oxumağı xahiş etdi

“Yuventus”un futbolçusu azərbaycanlı müğənninin mahnısını oxumağı xahiş etdi
26 Mar 2020 12:52

İtaliyanın “Yuventus” klubunun futbolçusu Miralem Pyaniç azərbaycanlı müğənni Nahidə Babaşlının ifa etdiyi mahnının oxunmasını istəyib.

realpress.az Türkiyənin ahaber.com.tr saytına istinadən xəbər verir ki, 29 yaşlı bosniyalı futbolçu türkiyəli müğənni Zeynep Bastıkın “Instagram”da açdığı canlı yayıma qoşulub.

Məşhur futbolçu son zamanlar türk dilində ən populyar mahnılardan olan “Benim Hikayem”in (“Mənim Hekayəm”) nəqarətindəki “Bu hikayede yanan ben oldum” sözlərini yazıb və müğənnidən mahnını oxumağı xahiş edib.


Qeyd edək ki, qadınların hüquqlarının pozulmasından bəhs edən “Benim Hikayem”in sözləri və musiqisi Nahidə Babaşlıya aiddir. Ötən il noyabrın 15-də “YouTube”a yüklənən bu mahnının klipi 23,5 milyon istifadəçi tərəfindən izlənilib və Türkiyədə məşhurlaşıb.

Səbuhi Musayev

24 Apr 2024
Dünya

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.

24 Apr 2024
Dünya

Samir Abasov İspaniyaya gedib, mütəxəssisin Xavi ilə görüşü nəzərdə tutulub

İspaniyada səfərdə olan "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasovun "Barselona"nın "sükanı arxasında" olan Xavi Ernandeslə görüşü nəzərdə tutulub.

24 Apr 2024
Dünya

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda 4,4 maqnitudalı zəlzələ olub.

24 Apr 2024
Dünya

Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.

24 Apr 2024
Dünya

Hadrutdan ürəkaçan görüntülər - VİDEO

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir.