Şaban ayının əməlləri

Şaban ayının əməlləri
26 Mar 2020 12:03

Şaban ayında yerinə yetirilməsi rəvayət edilən əməlləri iki qisimə ayırmaq olar. Birinci qism bu ayın bütün günlərində edilən əməllər, ikinci qism isə bu ayın bəzi günləri və ya gecələrinə xas əməllərdir.

Şaban ayının bütün günlərində edilən əməllər:

1. Hər gün yetmiş dəfə aşağıda qeyd edilən zikri söyləmək:

“Əstəğfirullahə və əs'əluh'ut-təvbə” (Tərcüməsi: Allahdan bağışlanma diləyirəm və ondan tövbəmi qəbul etməsini istəyirəm).

2. Başqa rivayətdə hər gün yetmiş dəfə aşağıdaki zikri söyləyərək Allahdan bağışlanma diləmək tövsiyə olunur:

"Əstəğfirullahəlləzi la ilahə illa huvər-rahmanur-rahim, əl-həyyul-qəyyum və ətubu iləyh" (Tərcüməsi: Allahdan bağışlanma diləyirəm. Ondan başqa ilah yoxdur. O, bağışlayan və mehribandır. Diri və qəyyumdur və mən Ondan tövbə diləyirəm).

Hədislərdə qeyd edilir ki, bu ayda hər gün yetmiş dəfə istiğfar edən kimsə digər aylarda yetmiş min dəfə istiğfar etmiş kimidir.

3. Sədəqə vermək

İmam Sadiq (ə)-ın səhabələrindən biri “şaban ayında edilən ən fəzilətli əməl hansıdır?” deyə İmamdan soruşdu. İmam (ə.s) belə buyurdu: “Sədəqə və bağışlanma diləməkdir. Kim şaban ayında bir sədəqə versə, sizin dəvə balasını böyütdüyünüz kimi Allah Təala onu böyüdər və Qiyamət günündə Uhud dağı qədər böyümüş bir halda sədəqə verənə qaytarılar”.

4. Şaban ayına məxsus duanı (Münacatı Şabaniyyə) oxumaq

5. Şabanın hər cümə axşamı günü iki rükət namaz qılmaq

Hər rəkətində bir dəfə Fatihə və yüz dəfə İxlas surəsini oxumaq; Namazı bitirdikdən sonra da yüz dəfə Rəsulullaha (s) və Əhli-Beytinə (ə) salavat göndərmək. Bu əməli yerinə yetirən şəxsin Allah dini və dünyəvi hacətlərini yerinə yetirər. Şaban ayının Cümə axşamı günlərinin orucu da müstəhəbdir. Bir hədisdə belə rəvayət edilib. Şaban ayının hər cümə axşamı günü göylər bəzənər və mələklər belə dua edərlər: "Ey Məbudumuz, bu günü oruc tutanı bağışla və duasını qəbul et".

Peyğəmbərdən (s) rəvayət olunan bir hədisdə  buyurulur: “Şabanın bazar ertəsi və cümə axşamı günlərini oruc tutan şəxsin, Allah iyirmi dünyəvi və iyirmi Uxrəvi (axirət) hacətini verər".

6. Bu ayda Məhəmməd (s) və Əhli-beytinə (ə) çoxlu salavat göndərmək.

Şaban ayının bəzi günlərinə məxsus əməllər:

1. Şaban ayının birinci gününün əməlləri

Bu günün orucunun böyük fəziləti var. İmam Sadiq (ə) buyurmuşdur: "Şaban ayının birində oruc tutan şəxsə şübhəsiz ki, cənnət vacib olar". Seyid bin Tavus "İqbal" kitabında Allah Rəsulunun (s) belə buyurduğunu nəql edir: "Allah Şaban ayının ilk üç gününü oruc tutan və gecələrini iki rəkət namaz qılan (hər rəkətdə "Həmd" surəsindən sonra 11 dəfə "Tövhid" surəsi oxunur) insanı yer və göy əhlinin, iblis və hər bir zülmkarın şərrindən amanda saxlayar və onun bir çox günahlarını bağışlayar".

2. Şabanın on beşi yəni, "Nimeyi Şaban"

İmam Cəfər Sadiqdən (ə) edilən rivayətə görə, İmam Baqirdən (ə) Nimeyi Şabanın fəzilətləri barədə soruşdular. İmam (ə) buyurdu: "Bu gecə Qədr gecələrindən sonra ən fəzilətli gecədir. Bu gecedə Allah bəndələrinə öz fəzlin əta edər və onları öz kərəmi ilə bağışlayar. Bu gecedə Allaha yaxınlaşmaq üçün səy edin. Bu gecə əllərini göyə açan heç bir bəndəsini öz dərgahından əli boş qaytarmayacaq”.

Bu gecə üçün bir çox əməllər zikr olunmuşdur:

a. Qüsl

b. Əhya saxlamaq.  Namaz qılmaq, dua oxumaq. Bir rəvayətdə, “bu gecəni əhya saxlayanın qəlbi, qəlblərin öləcəyi gün ölməz” deyə buyurulur.

c. İmam Hüseyn (ə)-ın ziyarəti. Bu əməli yerunə yetirmək günahların bağışlanmasına səbəb olar. Məsumlardan nəql olunan rivayətə görə, hər kəs harada olmasından asılı olmayaraq İmam Hüseyn (ə.s)-ı bu gecədə ziyarət etsə ona Həcc və Umrə savabı yazılar.

3. Şabanın axırıncı üç günü

Şaban ayının axırıncı üç günü üçün çox fəzilətlər zikr olunmuş və bu üç günü oruc tutmaq tövsiyə edilmişdir. Şeyx Səduq (r) İmam Sadiqdən (ə.s) nəql edir ki, "Şaban ayının axırıncı üç gününü oruc tutaraq Ramazan ayına girən hər mömünə Allah-təala iki ay ardıcıl tutulmuş orucun savabını yazar".


29 Sent 2020
Cəmiyyət

Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 58 yeni yoluxma - FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 58 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

29 Sent 2020
Cəmiyyət

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilir

Orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.

29 Sent 2020
Cəmiyyət

Hərbi vəzifəlilərin səfərbərlik üzrə yola salınmasına başlanıldı - RƏSMİ

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı təsdiq edilmiş plana uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli struktur bölmələrində hərbi vəzifəlilərin səfərbərlik üzrə yola salınmasına başlanılıb.

29 Sent 2020
Cəmiyyət

Şamaxı igidlərini cəbhəyə yola salır - VİDEO

Məlum olduğu kimi, cəbhədə düşmən təxribatından sonra ölkəmizdə qismən hərbi vəziyyət elan edilib.