Bu gündən fəaliyyətini dayandıran “Mall”larda son vəziyyət - VİDEO

Bu gündən fəaliyyətini dayandıran “Mall”larda son vəziyyət - VİDEO
23 Mar 2020 16:22

Qlobal səviyyədə pandemiya elan olunan koronavirusun ölkəmizdə geniş yayılmasının qarşısını almaq üçün həyata keçirilən sosial izolyasiya tədbirlərinin sırasına daha biri əlavə edilib.

Belə ki, artıq gecə yarısından etibarən insanların sıx toplaşdığı sosial-mədəni obyektlər, iri ticarət mərkəzləri, o cümlədən, “Mall”ların fəaliyyəti bir ay müddətə tamamilə dayandırılıb.

Baku TV-nin əməkdaşları “28 May” metrostansiyasının çıxışında yerləşən “28 Mall”un qarşısında müşahidələr aparıb.

Buradakı alış-veriş mərkəzləri, kafe və restoranlar insanların istifadəsi üçün tamamilə məhdudlaşdırılıb. Yalnız aptek və ərzaq mağazası fəaliyyət göstərir ki, insanlar bu xidmətlərdən çox rahat şəkildə istifadə edə bilərlər. 

“Mall”un girəcəyində olan təhlükəsizlik əməkdaşları buraya üz tutanları aptek və ərzaq mağazasından istifadə etmədiyi təqdirdə girişə icazə vermir. 

 Azərbaycanda koronavirus yoluxma halları ölkəmizə xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bu səbəbdən, hər bir vətəndaşlar şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməlidir.

Bütün vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək, mövcud preventiv tədbirlərin şərtlərinə ciddi əməl etmək tələb olunur.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.

19 Apr 2024
Cəmiyyət

Kəlbəcər dağlarının əhatəsində futbol keyfi - VİDEO

İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin futbol oynamaları diqqət çəkib.

19 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbara və qumbaraatan aşkarlayıblar.

19 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.