Səudiyyə Ərəbistanında komendant saatı tətbiq edilib

Səudiyyə Ərəbistanında komendant saatı tətbiq edilib
23 Mar 2020 15:09

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz martın 23-dən yerli vaxtla saat 19:00-dan 06:00-dək ölkənin bütün ərazisində komendant saatı elan edilməsi barədə sərəncam imzalayıb.

 SPA informasiya agentliyinə istinadla xəbər verir ki, bu qərar ölkədə koronavirus pandemiyasının qarşısını almaq məqsədi daşıyır.

Sərəncamda bildirilir ki, Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi komendant saatına əməl olunmasını təmin etməli, ölkənin mülki və hərbi idarələri koronavirusun yayılmasının qarşısını almaq üçün onunla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərməlidir.

Vətəndaşlara evlərindən çıxmamaq tövsiyə edilib. Bu qayda təhlükəsizlik, hərbi və media sahələrində çalışanlar da daxil olmaqla, mühüm vəzifələrdə işləyənlərə şamil edilmir.

Son bir gündə Krallıqda daha 119 nəfər koronavirusa yoluxub və xəstələrin ümumi sayı 511 nəfərə çatıb.


25 May 2020
Dünya

“Twitter”də Trampın fikirlərini yazan şəxsin kimliyi məlum oldu

ABŞ Prezidenti Donald Tramp “Twitter”də öz adından dərc edilən qeydlərin kim tərəfindən yazıldığını açıqlayıb.

25 May 2020
Dünya

Qonşu ölkədə sutka ərzində koronavirusa cəmi bir yoluxma qeydə alındı

Gürcüstanda ötən sutka ərzində koronavirus infeksiyasına cəmi bir yoluxma halı qeydə alınıb.

25 May 2020
Dünya

Tramp Braziliyanı ziyarət etmiş əcnəbilərin ölkəyə girişini qadağan etdi

ABŞ Prezidenti Donald Tramp son 14 gün ərzində Braziliyada olmuş əcnəbilərin ölkəyə daxil olmasına müvəqqəti qadağa qoyub.

25 May 2020
Dünya

Rusiyada daha bir yüksək vəzifəli şəxs koronavirusa yoluxdu

RF-in Tuva Respublikasının başçısı Şolban Kara-ool COVID-19-a yoluxduğunu bildirib.