Şəhidlər Xiyabanında məzarların qarşısı ağaclarla kəsilib? - VİDEO

Şəhidlər Xiyabanında məzarların qarşısı ağaclarla kəsilib? - VİDEO
23 Mar 2020 14:36

“Sözügedən ağaclar Şəhidlər Xiyabanında 8-10 il bundan öncə əkilib və onlara mütəmadi qulluq olunur”.

Bunu realpress.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov sosial şəbəkədə Şəhidlər Xiyabanından paylaşılan videogörüntülərə münasibət bildirərkən deyib. 

O bildirib ki, Şəhidlər Xiyabanının ərazisi genişdir:

“Şəhidlər Xiyabanı bir neçə hissədən ibarətdir. Həmin hissələri yaşıllıqlarla ayıraraq, canlı çəpər yaratmışıq. Ərazidə dekorativ ağaclardan istifadə olunub. Qeyd edim ki, həmin ağaclar 8-10 il bundan əvvəl Xiyabanın layihəsinə uyğun şəkildə əkilib. Təəssüf edirəm ki, bəzi vətəndaşlar 10 il bundan əvvəl görülən işi indi görür və maraqlanırlar. 

Ərazidə yaradılan yaşıllıqlar Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq nəzarətdə saxlanılır”.

Xatırladaq ki, sosial şəbəkədə Şəhidlər Xiyabanında şam ağaclarının əkildiyinə dair video yayılıb. Videoda əkilən ağacların şəhid məzarlarının qarşısını kəsməsinə etiraz edilib.

Könül Cəfərli 

29 Mar 2024
Cəmiyyət

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO/VİDEO

Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

29 Mar 2024
Cəmiyyət

Sabah 25 dərəcə isti olacaq

Martın 30-na gözlənilən hava proqnozu açıqlanıb.

29 Mar 2024
Cəmiyyət

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. 

29 Mar 2024
Cəmiyyət

Komanda-qərargah təlimi keçirilib (FOTO)

Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, “N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.