İsveçrə Parlamentində Azərbaycanla dostluq qrupu formalaşdı

İsveçrə Parlamentində Azərbaycanla dostluq qrupu formalaşdı
23 Mar 2020 14:14

2019-cu ilin sonunda keçirilən parlament seçkilərindən sonra yenidən formalaşan İsveçrə parlamentində Azərbaycan ilə dostluq qrupunun yenidən qurulması istiqamətində Səfirlik tərəfindən son aylar ərzində məqsədyönlü iş aparılıb.

Azərbaycanın İsveçrədəki səfirliyindən Milli.Az-a verilən məlumata əsasən, bu kontekstdə Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova İsveçrə Parlamentinin hər iki Palatasının üzvləri qarşısında təqdimatla çıxış edib və çoxsaylı ikitərəfli görüşlər keçirib.

Keçirilən təqdimat zamanı səfir X.İbrahimova isveçrəli senator və deputatlara Azərbaycan-İsveçrə əlaqələri barədə ətraflı məlumat verib, iki ölkə arasında mütəmadi xarakter almış yüksək səviyyəli siyasi dialoqun mövcudluğu, bu dialoqun ölkələrimiz arasında iqtisadi, humanitar və digər sahələrdə də əməkdaşlıq üçün münbit zəmin yaratdığını bildirib. Səfir dövlətlərarası münasibətlər sistemində parlamentlərin rolunu yüksək qiymətləndirərək parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini, mötəbər beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın vacibliyini qeyd edib. X.İbrahimova parlamentlər səviyyəsində əlaqələrin dərinləşməsinin digər sahələrə də öz müsbət təsirini göstərəcəyini isveçrəli parlamentarilərin diqqətinə çatdırıb.

Bundan əlavə, səfir X.İbrahimova Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı isveçrəli parlamentarilərə ətraflı məlumat verib və İsveçrənin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə, problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli üçün tutduğu mövqeyə görə minnətdarlığını ifadə edib.

Sonra səfir X.İbrahimova ölkəmizin iqtisadi potensialı ilə bağlı danışaraq Azərbaycanı regionun ən güclü iqtisadiyyata malik ölkəsi kimi səciyyələndirib, ölkələrimiz arasında iqtisadi əlaqələrin daha inkişaf etdirilməsi üçün mövcud potensialdan səmərəli istifadə edilməsinin zəruriliyini bildirib və bu xüsusda hər iki ölkənin parlamentləri arasında məqsədəmüvafiq işlər aparılmasının əhəmiyyətinə toxunub.

Keçirilən təqdimat və çoxsaylı görüşlərin nəticəsi olaraq, İsveçrə Parlamentinin Aşağı Palatasının (Konqres) üzvləri İv Nidegger və Andri Silberşmidt, habelə İsveçrə Senatının üzvü, İsveçrənin ən böyük partiyası olan Xalq Partiyasının vitse-prezidenti Marko Kieza İsveçrə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvləri olmağa razılıq verib.

Onu da əlavə edək ki, İ.Nideqer İsveçrədə məşhur hüquqşünasdır və Avropa İnsan Hüquqları Məhkəməsində böyük nüfuza malikdir. Vurğulamaq lazımdır ki, İsveçrə parlamentində Azərbaycan ilə dostluq qrupu azsaylı dostluq qruplarından biridir.

Məlumat üçün qeyd edək ki, İsveçrə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri İsveçrə Parlamentinin Aşağı Palatası Milli Şuranın üzvü, habelə Montrö şəhərinin meri Loran Verlidir.


25 Sent 2020
Cəmiyyət

Nazirlik rəsmisindən məyusedici proqnoz: “Xroniki ağciyər xəstəlikləri artacaq”

Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov 25 senyabr Dünya Ağciyər Günündə mediaya müsahibə verib və ağciyər xəstəliklərindən danışıb.

25 Sent 2020
Cəmiyyət

Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı - RƏSMİ

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində bu günə COVID-19-la bağlı məlumat yayıb.

25 Sent 2020
Cəmiyyət

ATU-nun kafedra müdiri kəskin respirator virus infeksiyalarının yayılmasından danışdı

Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov payız-qış mövsümünün gəlişi ilə kəskin respirator virus infeksiyalarının yayılması haqqında danışıb.

25 Sent 2020
Cəmiyyət

Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 101 yeni yoluxma - FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 101 yeni yoluxma faktı qeydə alınıb, 137 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

25 Sent 2020
Cəmiyyət

DİM abituriyent və subbakalavrlara müraciət etdi

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edən abituriyent və subbakalavrlara müraciət edib.