“Ştutqart” koronavirusla mübarizəyə 10 min manat ayırdı

“Ştutqart” koronavirusla mübarizəyə 10 min manat ayırdı
23 Mar 2020 13:21

Korporativ sosial məsuliyyət çərçivəsində daim müxtəlif tədbir və xeyriyyə aksiyaları ilə seçilən “Ştutqart” mağazalar şəbəkəsi bu dəfə də xalqımıza dəstək məqsədilə ölkə başçısı tərəfindən irəli sürülən təşəbbüsə qoşulub.

Belə ki, “Ştutqart” öz strategiyasına uyğun olaraq Koronavirusla (COVID-19) Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb. Şirkət fondun hesabına virusla mübarizə məqsədilə 10 min manat məbləğində vəsait köçürüb.

Koronavirusla Mübarizəyə Dəstək Fondu prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə yaradılıb.

Məlumat üçün bildirək ki, “Ştutqart” Mağazalar Şəbəkəsi 16 ildir ki, Azərbaycanda fəaliyyət göstərir. 2004-cü ildə əsası qoyulan “Ştutqart” müxtəlif növ avtoehtiyat hissələrini dünya ölkələrindən Azərbaycana gətirərək, topdan və pərakəndə satışını həyata keçirməklə məşğuldur.

“Ştutqart” yarandığı ildən Azərbaycan bazarında orijinal keyfiyyətli ehtiyat hissələrinin satışını təşkil etməkdədir. Şirkət Avropa və Asiyanın qabaqcıl ölkələrindən avto ehtiyat hissələrini ölkəmizə gətirməklə yanaşı, həm də bir sıra nəhəng şirkətlərin rəsmi distribüterinə çevrilib.

Qısa zaman ərzində “Ştutqart” paytaxt Bakıda öz mağazalarını artırmaqla “Ştutqart” Mağazalar Şəbəkəsini qurub.

24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.