Düşmən atəşkəs rejimini 25 dəfə pozub

Düşmən atəşkəs rejimini 25 dəfə pozub
23 Mar 2020 11:48

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən realpress.az-a  verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.


25 Apr 2024
Dünya

Avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

25 Apr 2024
Dünya

Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

25 Apr 2024
Dünya

İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.