DİN-dən rayondan gələnlərin 25 manat müqabilində Bakıya buraxılması barədə AÇIQLAMA

DİN-dən rayondan gələnlərin 25 manat müqabilində Bakıya buraxılması barədə AÇIQLAMA
23 Mar 2020 08:55

Daxili İşlər Nazirliyi (DİN) rayon qeydiyyatında olan şəxslərin 25 manat müqabilində Bakı şəhərinə buraxılması barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan həmin məlumatlar yalandır və qərəzlidir:

“Bu qərəzli məlumatları o şəxslər yayırlar ki, onlar məlum qadağanı bilərək Bakı şəhərinə üz tuturlar və polis onları paytaxta buraxmır. Buna görə də yalan və qərəzli məlumatlar yaymaqla ictimaiyyəti çaşdırmaq istəyirlər.

Nəzərinizə çatdırım ki, Bakı-Qazax, Bakı-Şamaxı və Bakı-Quba istiqamətlərində qoyulmuş postların fəaliyyəti DİN rəhbərliyi tərəfindən müşahidə kameraları vasitəsilə daim izlənilir. Bir daha vətəndaşları Nazirlər Kabinetinin məlum qərarına əməl etməyə çağırırıq”. 

E.Zahidov həmçinin rayon qeydiyyatında olan şəxslərin Bakı, Sumqayıt və Abşeron qeydiyyatında avtomobillərlə də paytaxt ərazisinə daxil ola bilməyəcəklərini qeyd edib.
19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.