“Hisense” şirkəti iki ekrana və “8K” təsvir ölçüsünə malik dünyanın ilk televizorunu təqdim edib.
şirkət nümayəndələrinin sözlərinə görə, rəngvermə və görüntünün keyfiyyəti “iPhone 11” smartfonunu üstələyir, 120 QHs takt tezlikli yenilənməyə malik “8K” formatı isə baxışı daha rahat edir.
Televizorun digərlərindən əsas fərqi aparat təminatında yox, iki ekrandadır. 85 düyüm diaqonallı əsas displey təsvirin göstərilməsi, onun altında yerləşən 28 düymlük ikinci ekran isə bildiriş və digər müvafiq informasiyanın göstərilməsinə xidmət edir.
Yeni “Hisense” televizorunun satışa nə vaxt çıxarılacağı barədə məlumat verilmir. Çində televizorun qiyməti 80 min yuan (11 260 dollar) təşkil edəcək.
Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.
Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.
Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir.