Azərbaycanda daha bir müəssisədə tibbi spirt istehsalına başlandı

Azərbaycanda daha bir müəssisədə tibbi spirt istehsalına başlandı
19 Mar 2020 15:09

Azərbaycanda daha bir müəssisə tibbi spirt istehsalına başlayıb.

Bu barədə realpress.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “CARÇIOGLU GROUP” MMC və Rusiyanın “Tatspirtprom” dövlət şirkətinin birgə əməkdaşlığı ilə yaradılan “RUS AZERİ SPİRİTS” zavodunda tibbi spirt istehsalına start verilib. 

Artıq istehsal olunan məhsulun ilk partiyası – 25 min litrə yaxın tibbi spirt apteklərə yola salınıb.

Qeyd edək ki, Qusar rayonunda yerləşən müəssisə gündə 20-25 min litr tibbi spirt istehsal etmək gücünə malikdir. İstehsal tamamilə yerli xammala əsaslanır. 


30 Mar 2020
Səhiyyə - Sağlamlıq

Koronavirusa görə oğlunu qucaqlaya bilməyən həkimin duyğusal anları - VİDEO

Xəstəxanadan evə qayıdan həkim oğlunu qucaqlaya bilmədiyi üçün göz yaşlarına boğulub.

30 Mar 2020
Səhiyyə - Sağlamlıq

Azərbaycanda koronavirusa görə karantində saxlanılanların sayı dörd mini ötdü - RƏSMİ

Azərbaycanda bu günə qədər koronavirus şübhəsi ilə karantinə yerləşdirilən şəxslərin sayı açıqlanıb.

30 Mar 2020
Səhiyyə - Sağlamlıq

Azərbaycanda koronavirusa görə aparılan testlərin sayı açıqlandı - RƏSMİ

Ötən müddət ərzində Azərbaycanda yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 30 minə yaxın test aparılıb.

30 Mar 2020
Səhiyyə - Sağlamlıq

Azərbaycanda koronavirusdan daha 11 nəfər sağaldı - RƏSMİ

Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 11 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb

30 Mar 2020
Səhiyyə - Sağlamlıq

Almaniyada işləyən azərbaycanlı həkim: “96 yaşlı xəstəm əllərimdən tutdu, sağalmaq istədiyini dedi” - MÜSAHİBƏ

Almaniyanın Münhen Universiteti xəstəxanasının Cərrahiyyə və Transplantologiya klinikasında işləyən azərbaycanlı həkim Uğur Ağamalıyev cavablandırıb.