Almaniya koronavirusdan sağalan vətəndaşına görə Azərbaycana təşəkkür etdi

Almaniya koronavirusdan sağalan vətəndaşına görə Azərbaycana təşəkkür etdi
19 Mar 2020 14:24

Almaniyanın Azərbaycandakı səfiri Wolfgang Manig Azərbaycan hökumətinə təşəkkür edib.

Almaniyanın Azərbaycandakı Səfirliyindən  verilən məlumata görə, diplomatik korpusun rəhbəri ilk növbədə, Bakıda qalan alman qız xorunun, habelə ölkəmizdə yaşayış icazəsi olan digər Almaniya vətəndaşlarının etibarlı şəkildə Almaniyaya qayıtmasını təmin etmək üçün göstərilən operativ və səmərəli köməkliyə görə minnətdarlığını ifadə edib. Wolfgang Manig qısa müddət ərzində aparılan hazırlıq işləri nəticəsində Almaniyaya getmək arzusunda olan 100-dən çox şəxsin təyyarə vasitəsilə ünvana çatdırıldığını qeyd edib.

Səfir karantində saxlanılan və koronavirus aşkarlanan Almaniya vətəndaşının sağalması üçün və onun hamilə həyat yoldaşına göstərilən qayğı və səyləri yüksək qiymətləndirib.

Xatırladaq ki, “COVİD-19”a yoluxduğu aşkarlanan Almaniya vətəndaşı Hatton ölkəmizə İrandan daxil olmuşdu. Azərbaycanda müayinə zamanı onun “COVİD-19” testi pozitiv çıxmışdı. Xüsusi rejimli xəstəxanada müalicə olunan xəstə qısa müddətdə sağalaraq xəstəxanadan buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın son məlumatına görə, hazırda Azərbaycanda 23 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.


9 Apr 2020
Səhiyyə - Sağlamlıq

Bu maskalar sizi xəstəliyə yoluxdura bilər - VİDEO

Aptekdə tibbi maska tapmayan əksər insanlar onları ev şəraitində hazırlayır və yaxud da evdə hazırlayanlardan alıb istifadə edirlər.

9 Apr 2020
Səhiyyə - Sağlamlıq

Həkimlərə qeyri-adi üsulla təşəkkür etdilər – VİDEO

Rusiyanın Podolsk şəhərində koronavirusla mübarizə aparan tibb işçilərinə qeyri-adi üsulla təşəkkür edilib. Belə ki, böyük bir sahəyə “Həkimlər sağ olsunlar” sözləri yazılıb.

9 Apr 2020
Səhiyyə - Sağlamlıq

TƏBİB sədri ölkədə koronavirusa ən çox yoluxmanın qeydə alındığı yeri açıqladı

“Bu gün Bakı şəhəri ölkədə koronavirusa yoluxmanın ən çox qeydə alındığı yerdir. Bunu açıqlayırıq, amma yenə də məsuliyyətsiz davrananlar var”.

9 Apr 2020
Səhiyyə - Sağlamlıq

TƏBİB Azərbaycanda koronavirusla bağlı son vəziyyəti açıqladı

TƏBİB (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) Azərbaycanda koronavirusla bağlı bu günə olan statistik göstəriciləri açıqlayıb.