Koronavirusun kökü tapıldı - Elm adamlarından ŞOK XƏBƏRDARLIQ

Koronavirusun kökü tapıldı - Elm adamlarından ŞOK XƏBƏRDARLIQ
19 Mar 2020 14:20

Çinin Hubey əyalətinin Uhan şəhərində ortaya çıxan və sürətlə dünyaya yayılan yeni tip koronavirus səbəbilə dünyasını dəyişənlərin sayı 9 minə yaxınlaşıb.

 dünya miqyasında 8 min 869 insan ölüb, 219 min 345 nəfər virusdan əziyyət çəkir.

Xəstəlikdən sağalanların sayı isə 85 min 745-ə çatıb.

"Nature Medicine" dərgisində yayımlanan bir araşdırmada Kovid-19 ilə bağlı ümumi genetik ardıcıllıq məlumatlarının və bənzər virusların genişmiqyaslı şəkildə analiz edildiyi, çıxan nəticələrin süni olaraq və ya laboratoriya şəraitində ərsəyə gətirildiyinə dair heç bir faktın aşkarlanmadığı bildirilib.

Təbii seçmə nəticəsində əmələ gəlib

Araşdırmada özlərini "ev sahibi" hüceyrələrə bağlayan bir növ çəngəlli qarmaq olan Kovid-19-unreseptor bağlanma sahəsinin insan hüceyrələrinin müəyyən molekulyar xüsusiyyətini hədəfləmək üçün təkamüldən keçdiyi kəşf olunub. Tədqiqat komandası bu tapıntının bir növ gen mühəndisliyi deyil, təbii seçmə nəticəsi olduğuna inandığını qeyd edib.

Koronavirusun yeni inkişaf edən qabiliyyətində çox effektiv göründüyü və elm adamlarının müasir elmin belə xarüqə yaratmasının mümkünsüz olduğu nəticəsinə gəlinib.

İki fərqli ssenari

AraşdırmaçılarKovid-19-un insanlara necə yoluxduğu mövzusunda virusun yarasa kimi heyvandan təbii seçmə yolu ilə təkamül edib daha sonra insanlara yoluxmuş ola biləcəyinə, ya da insanlara yoluxmadan əvvəl patogenik olmayan virusun sadəcə insan toplumunda mövcud ölümcül formasına çevrilə biləcəyinə diqqət çəkib. Bu mərhələdə iki ssenaridən hansının gerçəkləşdiyini müəyyən etməyin, demək olar ki, mümkünsüz olduğunu bildirən elm adamları virusun təkamül etmiş forması ilə insanlara yoluxmuş ola biləcəyi ssenarisinin doğru çıxması təqdirində bunun gələcəkdə daha böyük epidemiya ehtimalını artıracağı xəbərdarlığını verib.

Məqalədə araşdırmaya Kolumbiya, Sidney və Edinburq Universitetlərinin tədqiqatçılarının qatıldığı vurğulanıb

9 Apr 2020
Səhiyyə - Sağlamlıq

Bu maskalar sizi xəstəliyə yoluxdura bilər - VİDEO

Aptekdə tibbi maska tapmayan əksər insanlar onları ev şəraitində hazırlayır və yaxud da evdə hazırlayanlardan alıb istifadə edirlər.

9 Apr 2020
Səhiyyə - Sağlamlıq

Həkimlərə qeyri-adi üsulla təşəkkür etdilər – VİDEO

Rusiyanın Podolsk şəhərində koronavirusla mübarizə aparan tibb işçilərinə qeyri-adi üsulla təşəkkür edilib. Belə ki, böyük bir sahəyə “Həkimlər sağ olsunlar” sözləri yazılıb.

9 Apr 2020
Səhiyyə - Sağlamlıq

TƏBİB sədri ölkədə koronavirusa ən çox yoluxmanın qeydə alındığı yeri açıqladı

“Bu gün Bakı şəhəri ölkədə koronavirusa yoluxmanın ən çox qeydə alındığı yerdir. Bunu açıqlayırıq, amma yenə də məsuliyyətsiz davrananlar var”.

9 Apr 2020
Səhiyyə - Sağlamlıq

TƏBİB Azərbaycanda koronavirusla bağlı son vəziyyəti açıqladı

TƏBİB (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) Azərbaycanda koronavirusla bağlı bu günə olan statistik göstəriciləri açıqlayıb.