Koronavirus pandemiyası ilə əlaqədar sosial şəbəkə və messencerlərdə təhlükəli xəstəlik haqqında mesajlar çox paylaşılır. Əksər hallarda belə informasiya yanlış olur. İT nəhəngləri “COVID-19” haqqında yalan məlumatların yayılması ilə mübarizə üçün tədbirlər alırlar. Məsələn, “WhatsApp” və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) infeksiya haqqında doğru məlumatlardan ibarət portal hazırlayıblar.
layihədə “WhatsApp” və ÜST-dən başqa, UNICEF və BMT-nin İnkişaf Proqramı iştirak edir. Resursda virus haqqında əsas informasiya, yoluxmanın qarşısının alınması üçün tövsiyələr, həmçinin pandemiya şəraitində messencerdən effektiv istifadə nümunələri yerləşdirilib.
“WhatsApp” nümayəndələri yaxınlarla qrup çatları və videozənglər vasitəsi ilə ünsiyyət saxlamağı, yalnız etibarlı informasiya mənbələrinə etibar etməyi və doğruluğuna əmin olmadığınız halda xəstəlik haqqında məlumatları başqa kontaktlara göndərməməyi tövsiyə edirlər. Mövcud şəraitdə messencerin uğurlu işinə dair real nümunələr göstərilir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb.
Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.
Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.