Prezident göstəriş verdi: Bir gecədə ölkəyə gətirildi - AÇIQLAMA

Prezident göstəriş verdi: Bir gecədə ölkəyə gətirildi - AÇIQLAMA
19 Mar 2020 10:16

Azərbaycanda fəsadlaşmış, kritik vəziyyətə düşmüş xəstələr üçün kifayət qədər süni tənəffüs aparatı hazır vəziyyətdədir.

realpress.az-ın məlumatına görə, bunu “ATV Xəbər”ə açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, bu gün dünyada belə avadanlıqlara əlçatanlıq çox çətindir.

Rəşad Mahmudov qeyd edib ki, bu cür vəziyyətdə Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə, zamanında verilən qərarla Azərbaycana bir gecədə 200 süni tənəffüs aparatı gətirilib.

“Bir gecənin içərisində 200 süni tənəffüs aparatının ölkəyə əlavə olaraq gətirilməsi biz səhiyyəçiləri dünyada olan hadisələrə qarşı nisbətən rahatlaşdırdı”, - deyə Rəşad Mahmudov əlavə edib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın ən son məlumatına görə, Azərbaycanda koronavirus infeksiyasına yoluxduğu müəyyən edilmiş daha dörd nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırda Azərbaycanda 23 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır. Onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Bundan əvvəl isə altı nəfər koronavirusdan sağalmışdı.

Azərbaycanda koronavirusdan cəmi bir ölüm faktı qeydə alınıb.

Aqşin Kərimov

18 Apr 2024
Siyasət

Rəşad Nəbiyev Ağdaşda vətəndaşları qəbul edib

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

18 Apr 2024
Siyasət

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan Milli Məclisi və Yeni Kaledoniyanın Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

18 Apr 2024
Siyasət

Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.

18 Apr 2024
Siyasət

17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək

17 yaşadək sərbəst və yunan-Roma güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək.