“iPad Pro” və “MacBook Air” cihazlarının yeni nəsli təqdim edilib

“iPad Pro” və “MacBook Air” cihazlarının yeni nəsli təqdim edilib
19 Mar 2020 10:09

“Apple” şirkəti “iPad Pro” və “MacBook Air” cihazlarının yeni nəslini təqdim edib.

 

 11 və 12,9 düymlük ekranlara malik “iPad Pro” planşeti yeni “A12Z Bionic” prosessoru və “Neural Engine” sistemi ilə təchiz edilib. Qurğunun arxa panelində 12 və 10 meqapiksel təsvir ölçülü genişbucaqlı və super geniş bucaqlı modullardan ibarət ikiqat kamera quraşdırılıb. Kamera, həmçinin LiDAR skanerinə malikdir. Bu skaner səthdən əks olunan işığın dəqiq keçmə vaxtını ölçür və artırılmış reallıqla işləmək üçün nəzərdə tutulub.

 

Eyni zamanda 13 düymlük diaqonala malik yeni “MacBook Air” təqdim edilib. Ultrabuk “Intel Core i3” və ya “Core i5” prosessoru, “Intel Iris Plus Graphics” qrafik sürətləndiricisi, 8 QB əməli yaddaş, 256 və ya 512 QB-lıq SSD daşıyıcı ilə təchiz edilib.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.