“OPPO” şirkəti “Reno3” smartfonunun “4G” versiyasını təqdim edib

“OPPO” şirkəti “Reno3” smartfonunun “4G” versiyasını təqdim edib
18 Mar 2020 16:16

"OPPO" şirkəti "Reno3" smartfonunun təqdim edilməsindən üç ay sonra qurğunun LTE modemlə təchiz edilmiş daha ucuz versiyasını təqdim edib. Yeni versiya vizual cəhətdən əvvəlkindən elə də fərqlənmir, amma onun konfiqurasiyasında bir sıra dəyişikliklər edilib.

 

 smartfon 6,4 düymlük AMOLED displey və daxili barmaq izləri skaneri ilə təchiz edilib. Smartfonun əsas versiyadan fərqi prosessor olub: yenilənmiş "Reno3" smartfonunda "MediaTek Dimensity 1000L" əvəzinə "Helio P90" mobil platformasından istifadə edilir.

 

Cihaz 8 QB əməli və 128 QB daxili yaddaşla (yaddaşın tutumunu "microSD" kartının köməyi ilə artırmaq mümkündür) təchiz edilib. Modelin daxili akkumulyatorunun tutumu 4025 milliamper/saat təşkil edir. "VOOC 3.0" sürətli enerjidoldurma texnologiyası qurğunu 30 dəqiqə müddətində 0-dan 50%-dək, 73 dəqiqə ərzində isə 100%-dək doldurmağa imkan verir.

 

Əsas kamera 4 sensordan ibarətdir: 48, 13 (20 qat rəqəmli zuma malik teleobyektiv), 8 (genişbucaqlı optika) və 2 mp-lik (makroobyektiv). Ön kamera modulu f/2.4 diafraqmalı 44 meqapiksellik sensora malikdir.


19 Mar 2020
İT

İlk ikiekranlı televizor nümayiş olunub

“Hisense” şirkəti iki ekrana və “8K” təsvir ölçüsünə malik dünyanın ilk televizorunu təqdim edib.

19 Mar 2020
İT

2020-ci ildə 200 dollara “5G” smartfon satın almaq mümkün olacaq

2020-ci ilin sonunadək smartfonlar bazarında təxminən 214 dollar məbləğində “5G” şəbəkələrini dəstəkləyən qurğular əlçatan olacaq. 

18 Mar 2020
İT

Yeni “Powerbeats” qulaqcığı rəsmən təqdim olunub

“Apple” korporasiyasına məxsus “Beats” şirkəti yeni simsiz “Powerbeats” qulaqcığını rəsmən təqdim edib.

18 Mar 2020
İT

İki ucuz “iPhone” modeli buraxılacaq

“Apple” şirkəti iki ucuz “iPhone” modelini satışa çıxarmağı planlaşdırır.

18 Mar 2020
İT

“Samsung” smartfonlar üçün ən sürətli yaddaş istehsalına başlayıb

Samsung" qabaqcıl smartfonlar üçün ən sürətli fləş yaddaşın kütləvi istehsalına başlayıb.