Koronavirusun ilk 3 simptomu açıqlanıb

Koronavirusun ilk 3 simptomu açıqlanıb
18 Mar 2020 16:12

Orqanizmə daxil olduqdan 2 və ya 3 gün sonra COVID-19 boğaz ağrısı və boğazda quruluq yaradır.

Daha sonra təngnəfəslik inkişaf edir. 3-cü simptom quru öskürəkdir (bəlğəm ifraz olunmur).

Mütəxəssislər qeyd edir ki, adi qripdən fərqli olaraq koronavirus daha tez əzələ və oynaq ağrılarına səbəb olur.

 simptomlar bir çox hallarda çox zəif olur və demək olar hiss olunmur. Lakin belə xəstələr daha təhlükəli sayılır. Özünü sağlam hesab edən belə koronavirus daşıyıcısı çölə şıxır, işə gedir və digər insanları yoluxdurur.

Koronavirus yaşlı insanlar üçün xüsusilə təhlükəlidir. Uşaqlar koronavirusun gizli daşıyıcısı ola bilir. Bu səbəbdən mütəxəssislər epidemiya zamanı uşaqların yaşlı insanlarla kontaktlarını məhdudlaşdığımağı tövsiyə edirlər.   


9 Apr 2020
Səhiyyə - Sağlamlıq

TƏBİB sədri ölkədə koronavirusa ən çox yoluxmanın qeydə alındığı yeri açıqladı

“Bu gün Bakı şəhəri ölkədə koronavirusa yoluxmanın ən çox qeydə alındığı yerdir. Bunu açıqlayırıq, amma yenə də məsuliyyətsiz davrananlar var”.

9 Apr 2020
Səhiyyə - Sağlamlıq

TƏBİB Azərbaycanda koronavirusla bağlı son vəziyyəti açıqladı

TƏBİB (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) Azərbaycanda koronavirusla bağlı bu günə olan statistik göstəriciləri açıqlayıb.

8 Apr 2020
Səhiyyə - Sağlamlıq

Azərbaycanda tibb işçiləri arasında koronavirusa yoluxma mövcuddur - RƏSMİ

“Tibb işçiləri arasında koronavirusa yoluxma halları mövcuddur. Pandemiya xəstəxanasında bir yoluxma halı var”.