Bakıda keçirilməli olan daha bir Avropa çempionatı ləğv edildi

Bakıda keçirilməli olan daha bir Avropa çempionatı ləğv edildi
18 Mar 2020 09:11

Avropa Gimnastika Birliyi (UEG) COVID-19 virusu ilə bağlı dörd Avropa çempionatını ləğv edib.

realpress.az xəbər verir ki, bunlar Parisdəki qadınların idman gimnastikası üzrə (30 aprel – 3 may), Yöteborqdakı batut, tamblinq və cütlük mini-batut üzrə (7-10 may), Kiyevdəki bədii gimnastika üzrə (21-24 may) Avropa çempionatlarıdır.

Həmçinin 27-31 mayda Bakıda keçirilməsi planlaşdırılmış kişilərin idman gimnastikası üzrə 34-cü Avropa çempionatı da ləğv olunub. Aprelin sonlarında bu yarışlar barədə yeni məlumat veriləcək.


UEG-in azərbaycanlı prezidenti Fərid Qayıbov isə bu barədə bunları deyib: “Bizim əsas narahatlığımız hər zaman gimnastların, onların ətrafındakıların, azarkeşlərin və tərəfdaşlarımızın təhlükəsizliyi və sağlamlığı ilə bağlıdır. Bugünkü vəziyyəti olduğu kimi nəzərə alsaq, bu vacib yarışların təxirə salınması ən yaxşı üsuldur”.

Qeyd edək ki, daha əvvəl Bakıda 25-29 martda keçirilməsi planlaşdırılmış karate üzrə Avropa çempionatı ləğv edilmişdi.


29 Mar 2024
İdman

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıblar - YENİLƏNİB + FOTO

Bakıda kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinin qalibləri müəyyənləşib.

28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.