Kibercinayətkarlar koronavirusun yayılmasından istifadə edirlər

Kibercinayətkarlar koronavirusun yayılmasından istifadə edirlər
17 Mar 2020 17:13

ESET" antivirus həlləri tərtibatçısı "COVID-19" koronavirus infeksiyasının yayılması şəraitində kibercinayətkarların fəaliyyətinin aktivləşməsi barədə xəbərdarlıq edib.

  mütəxəssislərin sözlərinə görə, fırıldaqçılar cəmiyyətdə hökm sürən təşvişli əhval-ruhiyyədən istifadə edərək saxta məktublar, xeyriyyə aksiyaları və elanlar vasitəsilə qurbanın pulunu ələ keçirirlər.

 

"ESET" tərəfindən bir neçə belə sxem təsvir olunub. Onların ən əsası Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) nümayəndələri adından saxta elektron məktubların göndərilməsi ilə əlaqədardır. Guya virus haqqında məxfi və ya vacib informasiyanın alınması üçün linkə keçid etməyi təklif edən cinayətkarlar istifadəçilərin ödəniş məlumatlarını oğurlayır və onların hesablarına çıxış əldə edirlər.

 

Digər populyar senari koronavirusdan ziyan çəkənlərə yardım adı altında saxta xeyriyyə aksiyasıdır. Çində uşaqlar üçün infeksiyadan vaksinin axtarışı məqsədilə ianə etməyə çağıran fırıldaqçılar qurbanın maliyyə informasiyasını asanlıqla ələ keçirirlər.

 

Bununla yanaşı, tibbi maska və əl üçün antiseptik məhlulların satışı haqqında saxta elanların sayında artım müşahidə olunur. Böyük Britaniyada cinayətkarlar bu üsulla təkcə fevralda 800 min funt-sterlinq oğurlayıblar.

 

Ekspertlər tərəfindən daha diqqətli olmaq və xüsusilə ÜST-ə aid olmayan "@who.com", "@who.org" və "@who-safety.org" ünvanlarından gələn saxta məktubları açmamaq tövsiyə edilir. Həmçinin "ESET" tərəfindən epidemiya ilə mübarizə üçün vəsait toplanışına yönələn bütün kampaniyalardan yayınmaq və şəxsi və ya ödəniş məlumatlarının istənildiyi məlumatlara əhəmiyyət verməmək məsləhət görülür.


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.