İnsan yaddaşına müsbət təsir edən üç növ ərzaq müəyyən edilib.
artıq birmənalı şəkildə sübut olunub ki, zeytun yağı, toyuq yumurtası və qoz ən vacib şeyləri unutmamağa kömək edir. Yağ yaddaşı dəstəkləyir və beynin qocalmasının qarşısını alır. Yumurtada kifayət qədər B və D qrupu vitaminləri var. Bu vitaminlər yaddaşı yaxşı vəziyyətdə saxlamağa kömək edir. Qoz isə qan damarlarına, o cümlədən arteriyaya faydalı təsir göstərir.
Biologiya elmləri doktoru, professor Aleksey Moskalev zeytun yağı ilə günəbaxan yağını müqayisə edərkən, üstünlüyü birinciyə verib. Qeyd edib ki, birinci doymamamış yağ olduğundan ömrü uzadır.
Koronavirusa yoluxduqdan sonra qoxu və dadbilmə hissi dəyişə, yaxud yox ola bilər. Onları bərpa etmək üçün spirt, xardal və ya istiot istifadə etməməlisiniz.
2 yanvarda Yerlə Günəş arasındakı məsafə il ərzində ən yaxın vəziyyətdə olacaq. Bu səbəbdən Günəş diskinin görünən diametri iyul ayına nisbətən təxminən 3 faiz daha böyük müşahidə ediləcək.
COVID-19 pandemiyasına görə tətbiq olunan məhdudlaşdırıcı tədbirlər, o cümlədən onlayn təhsilə keçid uşaqların psixi sağlamlığına mənfi təsir edə bilər, lakin bunun uzunmüddətli nəticələri hələ araşdırılmalıdır.