“Çelsi”nin futbolçusu karantini pozdu və cəzalandırıldı

“Çelsi”nin futbolçusu karantini pozdu və cəzalandırıldı
17 Mar 2020 10:34

İngiltərənin “Çelsi” klubunun futbolçusu Mayson Maunt koronavirusla bağlı karantini pozub. Bu səbəbdən ona pul cəzası verilib. 

Məlumatlara görə, “Çelsi” klubunun rəhbərliyi futbolçulara evlərini tərk etməyə qadağa qoyub. Buna baxmayaraq, martın 15-də Maunt “Vest Hem”li həmkarı Deklan Raysla Londonun Trent-Park idman mərkəzində futbol oynayıb. Klub tərəfindən Maysona xəbərdarlıq edilib və o, cərimə ödəməli olub. 

Qeyd edək ki, martın 13-də koronavirus epidemiyasına görə İngiltərə Premyer Liqasının bütün oyunları dayandırılıb. 

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

23 Apr 2024
İdman

Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu

Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatının ikinci günündə gümüş medal qazanıb.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi - VİDEO

Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

22 Apr 2024
İdman

Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub - FOTO

Azərbaycanın cüdo yığması İtaliyanın Liqnano şəhərində gənclər arasında keçirilmiş Avropa Kubokunda ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.