Avropa Karate Federasiyası Bakıdakı yarışla bağlı qərarını dəyişə bilər - Məktub göndərilib

Avropa Karate Federasiyası Bakıdakı yarışla bağlı qərarını dəyişə bilər - Məktub göndərilib
16 Mar 2020 17:35

Avropa Karate Federasiyası (EKF) 25-29 mart tarixlərində Bakıda keçirilməli olan, lakin koronavirus səbəbi ilə ləğv etdiyi qitə çempionatı barədə qərarını dəyişə bilər.

Bu barədə realpress.az-a Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Avropa Karate Federasiyasının İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov deyib:

“Biz EKF-ə Azərbaycan hökumətinin xüsusi rejimlə bağlı qərarını bu gün məktub vasitəsilə bir daha çatdırmışıq. Məktubda Azərbaycandakı prosesin bütün dünyada yaşandığını bildirmişik və ləğv ilə bağlı qərara yenidən nəzər salınmasını xahiş etmişik. İstərdik ki, 55-ci Avropa çempionatı hansısa müddətdə Azərbaycanda keçirilsin. 

İndi EKF-in qərarını gözləyirik. Qərarın dəyişdirilməsi üçün EKF İcraiyyə Komitəsi üzvlərinin toplaşması lazımdır. Lakin hazırkı situasiyaya görə qurumun mənzil-qərargahı olan Madriddə yığışmağımız qeyri-mümkündür. Ona görə də, “Skayp” vasitəsilə qərar çıxara bilərik”.

Qeyd edək ki, EKF qəribə səbəblər üzündən Avropa çempionatını ləğv etdiyini açıqlayıb. Həmin səbəblər kimi Azərbaycanda Avropanın dörd aparıcı ölkəsi – Fransa, Almaniya, İtaliya və İspaniyadan gələnlərə iki həftəlik karantin müddətinin təyin edilməsi, elektron viza verilməsinin ləğv olunması, e-vizası olanlardan yenidən viza tələb olunması, bunun təsdiqi üçün dörd həftəlik müddətin tələb olunması, səfər reyslərinin məhdudlaşdırılması, həmçinin Bakıdakı hotellərin sifarişləri qəbul etməməsi göstərilib. Halbuki, belə qərarların çoxu koronavirusa görə, demək olar ki, bütün dünyada qəbul edilib.


25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.