“Android Go” sistemi ilə işləyən ucuz “Nokia C2” smartfonu elan edilib

“Android Go” sistemi ilə işləyən ucuz “Nokia C2” smartfonu elan edilib
16 Mar 2020 15:26

“Nokia” şirkətinin Londonda keçiriləcək təqdimatında yalnız qabaqcıl modellər deyil, həm də daha ucuz smartfon nümayiş etdiriləcək. Sözügedən tədbirin keçirilməsindən əvvəl artıq “Nokia C2 4G” modelinin bütün xüsusiyyətləri məlum olub.
 
 “Android 9 Pie” (“Go Edition”) sisteminin idarəetməsi altında işləyən smartfon HD+ təsvir ölçüsünə malik və tərəflər nisbəti 18:9 olan 5,7 düymlük IPS displey, 1,4 QHs takt tezliyində işləyən dördnüvəli “UNISOC” prosessoru, 1 QB əməli yaddaş və 16 QB daxili yaddaşla (“microSD” yaddaş kartı vasitəsilə daxili yaddaşın tutumunu 64 QB-dək artırmaq mümkündür) təchiz ediləcək.
 
Smartfon 5 meqapiksellik (mp) əsas kamera (f/2.2) və eyni təsvir ölçüsünə malik ön kameraya malikdir. “Nokia C2” cihazı 2800 milliamper/saat tutumunda çıxarılıb-taxılan akkumulyator, 3,5 mm-lik audio konnektor və “Google Assistant” səs köməkçisinin işə salınması üçün xüsusi düymə ilə təchiz ediləcək.
 
“Nokia C2” smartfonunun texniki xüsusiyyətləri aşağıdakı kimidir:

  • Ekran: IPS, 5,7 düym, 18:9
  • Prosessor: dördnüvəli “UNISOC” (1,4 QHs)
  • Əməli yaddaş: 1 QB
  • Daxili yaddaş: 16 QB (“microSD” yaddaş kartı vasitəsilə 64 QB-dək artırıla bilər)
  • Akkumulyator: 2800 milliamper/saat
  • Əsas kamera: 5 mp (f/2.2)
  • Ön kamera: 5 mp
  • Əməliyyat sistemi: “Android 9 Pie Go Edition”
  • Əlaqə: “4G VoLTE”, “Wi-Fi 802.11b/g/n”, “Bluetooth 4.2”, “GPS”
  • Konnektorlar: micro USB, 3,5 mm
  • Əlavə olaraq: FM radio, “Google Assistant” düyməsi
  • Ölçü: 154,8 x 75,59 x 8,85 mm
  • Çəki: 161 qram


19 Mar 2020
İT

İlk ikiekranlı televizor nümayiş olunub

“Hisense” şirkəti iki ekrana və “8K” təsvir ölçüsünə malik dünyanın ilk televizorunu təqdim edib.

19 Mar 2020
İT

2020-ci ildə 200 dollara “5G” smartfon satın almaq mümkün olacaq

2020-ci ilin sonunadək smartfonlar bazarında təxminən 214 dollar məbləğində “5G” şəbəkələrini dəstəkləyən qurğular əlçatan olacaq. 

18 Mar 2020
İT

“OPPO” şirkəti “Reno3” smartfonunun “4G” versiyasını təqdim edib

"OPPO" şirkəti "Reno3" smartfonunun təqdim edilməsindən üç ay sonra qurğunun LTE modemlə təchiz edilmiş daha ucuz versiyasını təqdim edib.

18 Mar 2020
İT

Yeni “Powerbeats” qulaqcığı rəsmən təqdim olunub

“Apple” korporasiyasına məxsus “Beats” şirkəti yeni simsiz “Powerbeats” qulaqcığını rəsmən təqdim edib.

18 Mar 2020
İT

İki ucuz “iPhone” modeli buraxılacaq

“Apple” şirkəti iki ucuz “iPhone” modelini satışa çıxarmağı planlaşdırır.