realpress.az xəbər verir ki, idmançımız Mavrikidə keçirilən Açıq Afrika Kuboku yarışlarında bürünc medal qazanıb və bununla da ilkə imza atıb.
Levkovskaya su yarışlarında 1500 metrlik məsafəni 21,37 dəqiqəyə üzüb. O, velosipedlə hərəkətlərdə 40 kilometrlik məsafəni 1,03:54 saata qət edib. Yarışların sonuncu mərhələsi – 10 km məsafəyə qaçışda isə Kseniya 37 dəqiqə 21 saniyə nəticə göstərib. Ümumi hesabda Azərbaycan idmançısı 2:03:47 saatlıq göstərici ilə üçüncü yeri tutub.
Qeyd edək ki, Açıq Afrika Kuboku Olimpiadaya lisenziya xalı verən yarış idi.
Azərbaycanın qadın idman gimnastikası üzrə yığma komandasına yeni baş məşqçi təyin olunub.
Azərbaycan Premyer Liqasının XIV turuna start verilib.
Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin Yunanıstan – Azərbaycan oyunu Niderlanddan olan hakimlərə tapşırılıb.