Bill Qeyts “Microsoft”un rəhbərliyini tərk edib

Bill Qeyts “Microsoft”un rəhbərliyini tərk edib
16 Mar 2020 12:32

“Microsoft” korporasiyasının qurucularından biri, amerikalı iş adamı Bill Qeyts xeyriyyəçiliyə daha çox vaxt ayırmaq üçün direktorlar şurasını tərk edib.

 

Realpress.az  “vesti.ru” saytına istinadən yazır ki, korporasiyanın yaydığı açıqlamada deyilir ki, Bill Qeyts əvvəlki kimi “Microsoft”un baş direktorunun texniki məsələlər üzrə məsləhətçisi olmağa davam edəcək. Hazırda şirkətin direktoru Satya Nadelladır.

 

Xatırladaq ki, 2008-ci ilin iyunundan Bill Qeyts “Microsoft” şirkətinin işlərində öz iştirakını azaltmışdı. O, xanımı Melinda ilə qurduğu xeyriyyəçilik fonduna daha çox vaxt ayırmaq üçün belə qərar vermişdi.

 

1975-ci ildə Bill Qeyts və Pol Allen tərəfindən təsis edilmiş “Microsoft” şirkəti müxtəlif qurğular üçün dünyanın ən böyük proqram təminatı istehsalçılarından biridir.


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.