Üç ön kameralı “Huawei” smartfonu buraxılacaq

Üç ön kameralı “Huawei” smartfonu buraxılacaq
16 Mar 2020 10:06

“Huawei” şirkəti üç ön kameraya malik smartfon buraxacaq.
Realpress.az  “Lenta” resursuna istinadən yazır ki, onun hesabında “P40” seriyalı yeni qurğunun təsvirləri dərc edilib. Orada üç kameralı “Huawei” smartfonunun sxematik şəkli təsvir olunub. Ön kameralar bilavasitə smartfon matrisasına quraşdırılıb və ekranın sol yuxarı güncündə yerləşib.

Təsvirə görə, smartfonlar seriyasına “Huawei P40” və “P40 Pro” qurğuları daxil olacaq. Lakin məlumatda hər iki qurğunun və ya onlardan birinin üç kameraya malik olacağı dəqiqləşdirilimir. “Huawei P40” seriyalı qurğuların təqdimatı martın 26-a planlaşdırılır.  

“GSMArena” mənbələrinin məlumatına görə, növbəti qabaqcıl “Huawei” smartfonları “OLED” ekran, “5G” dəstəkli “Kirin 990” prosessor və üç kamera ilə təchiz ediləcək. Seriyanın böyük modeli – “P40 Pro” 52, 40 və 8 meqapiksel təsvir ölçülü sensorlara malik əsas kamera ilə buraxılacaq.

Koronavirusun yayılmasına görə yeni seriyanın təqdimatı təhlükəsizlik baxımından onlayn rejimdə keçiriləcək. Jurnalistlərin fikrincə, “P40” seriyalı qurğulara da “Google Play” əlavələr mağazasını və “Google” servislərini əvəzləyəcək “AppGallery” mağazası və “Huawei” əlavəsi əvvəlcədən quraşdırılaraq buraxılacaq.  

18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.