Sızanaqlarla bağlı yanlış fikirlər

Sızanaqlarla bağlı yanlış fikirlər
16 Mar 2020 10:03

"Sızanaqlarla bağlı əhali arasında çox geniş yayılmış yanlış məlumatlar var.

Məsələn, deyirlər ki, uşaqlarda sızanaq müalicə olunmaz. Bu, düzgün yanaşma deyil".

Mütəxəssis bildirib ki, əgər sızanaqlar çox yüngül formadadırsa, o zaman müalicə barədə düşünülməməlidir: "Bəli, iz qoymursa, müalicə olunmaz, bir-iki il ərzində keçib gedər. Məsələn, yeniyetmə dövründə bir sıra hallarda belə olur. Amma bir sıra əlamətlər var ki, onlar bu sızanaqların öz-özünə sağalmayacağını, fəsad verəcəyini, izinin qalacağını göstərir. O zaman yaş nə olursa, olsun biz müalicəyə başlamalıyıq. Belə hallarda bir ay gecikmə olsa, beş dənə də artıq sızanaq çıxsa, bu, cavan insanın üzündə ən azı beş dənə iz deməkdir. Sızanaq müalicəsi hər yaşda aparıla bilər.  Bəzən ananın hormonlarının təsirindən körpə uşaqların da üzündə sızanaqlar əmələ gələ bilir. Hətta bunun da müalicəsi var".

Dermatoloq deyib ki, əgər sızanaqlar iridirsə, qara böyük nöqtələr varsa, ələlxüsus iki yan-yana iri qara nöqtələr əmələ gəlibsə, onlar qulaq kanalının içində, qulağın ön tərəfində yerləşibsə, bunlar bir qədər ağır əlamətlər sayılır.

L. Mirzəyeva sızanaq müalicəsində həkimlərin ən çox əziyyət çəkdiyi bir məqamın olduğunu vurğulayıb: "Bu, antibiotik müalicəsidir. Ən çox da valideynlər uşaqlara antibiotiklərin təyin olunmasına qarşı çıxırlar. Əlbəttə, hər bir dərmanın ziyanlı tərəfləri var. Amma əgər bunu həkim təyin edirsə, o zaman bunun əks təsirlərini də bilir".

Onun sözlərinə görə, sızanaqların gənələrlə, mədə-bağırsaq problemləri, qidalarla bağlanması kimi yanlış yanaşmalar var: "Halbuki belə bir şey yoxdur. Bu yanaşmalar dəyişməlidir. Adi sızanaqlarda, aknelərdə gənənin heç bir rolu yoxdur. Ən çox təəccübləndiyim məsələ günümüzdə sızanaq müalicəsində gənələrə çox böyük önəm verilməsidir. Gənələr, mikroorqanizmlər bizim üzümüzə, dərimizdə, qaşımızın, saçımızın diblərində var. Gənələrdən qorxmaq lazım deyil. Mən hərdən xəstələrdən elə şeylər eşidirəm ki, dəhşətə gəlirəm. Məsələn, deyirlər ki, mənim üzümdə gənə tapıldı, bu qədər müalicə olundum, ailə üzvlərimi yoluxdurmamaq üçün onları qoruyuram və s. Gənə deyilən mikroorqanizm hamının üzündə, dərisində var. Əhəmiyyətli olan gənənin hansı sayda olmasıdır. Bir tükün kökündə beşdən çox canlı gənə varsa, bəli, bu xəstəliyə səbəb ola bilər. Amma hər üzdə olan sızanağı gənələrə bağlamaq, bu olduqca yanlışdır".

Günəş şüalarının dəri, o cümlədən üz dərisi üçün problemlər yaratdığını deyən L. Mirzəyeva ondan qorunmağın tərəfdarı olduğunu açıqlayıb: "Günəş şüaları zaman keçdikcə dəri xərçənginə səbəb olur. Günəş qoruyucu kremi çəkib saatlarla günəş altında olmaq da düzgün deyil".

O, solyariumun da dəri xərçənginə gedən yol olduğunu vurğulayıb. Makiyaj vasitələrindən uzun müddət istifadənin də ziyanlı tərəfləri barədə danışan mütəxəssis deyib ki, əslində bu vasitələr 2-3 aydan bir dəyişdirilməlidir.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.