Mərkəzi icra hakimiyyəti orqanları, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti rəhbərliyinin bu ay üçün nəzərdə tutulan qəbul günlərinin tarixi dəyişdirilib.
ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Realpress.az-a bildirilib ki, dəyişikliyə əsasən, “Azərsu” sədri Qorxmaz Hüseynov Horadiz şəhərində Füzuli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinlərini martın 31-də qəbul edəcək. ASC sədrinin birinci müavini Teyyub Cabbarovun Beyləqan və Xocavənd, sədr müavini Etibar Məmmədovun İmişli rayonunun sakinləri ilə görüşləri martın 30-da keçiriləcək.
Vətəndaşlar qəbul üçün Füzuli, Beyləqan, Xocavənd və İmişli rayon Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və “office@azersu.az” elektron poçtu vasitəsilə müraciət edə bilərlər.
Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin ümumi daxili məhsulda payı 13,4 faizdir. Eləcə də, KOB-ların ölkədaxili ümumi məşğulluqda payı 42,9 faizi təşkil edir.
Bakı-Tbilisi-Qars ilə Orta Asiyadan Türkiyəyə konteynerlə yükdaşımalar artıb.