Müslüm Maqomayevin qızı: Atamın xatirəsinin əbədiləşdirilməsi üçün çox işlər görən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya sonsuz təşəkkürümü bildirirəm

Müslüm Maqomayevin qızı: Atamın xatirəsinin əbədiləşdirilməsi üçün çox işlər görən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya sonsuz təşəkkürümü bildirirəm
13 Mar 2020 11:52

"Atamın xatirəsinin əbədiləşdirilməsi üçün çox işlər görmüş və görməkdə davam edən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva başda olmaqla Azərbaycan hökumətinə sonsuz təşəkkürümü bildirmək istəyirəm".

Realpress.az xəbər verir ki, bunu Trend-ə dünyaca məşhur azərbaycanlı opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin qızı, hazırda ailəsi ilə ABŞ-da yaşayan Marina Maqomayeva deyib.

O bildirib ki, bu sərəncamla Prezident İlham Əliyev bir çox həmvətənimizin arzusunu reallaşdırıb.

M.Maqomayeva qeyd edib ki, atası ömrünün son günlərinədək Azərbaycanın həqiqi oğlu olub və vətənini mahnılarında tərənnüm edib:

"Azərbaycan musiqisi, mədəniyyəti onun yaradıcılığının ayrılmaz hissəsi olub. Harada çıxış etməsindən asılı olmayaraq, onun çıxışlarında hər zaman Azərbaycan mövzusu səslənirdi. Onun qızı və bir azərbaycanlı olaraq, mən onun yaradıcılığının zirvəsi olan "Odlar yurdu" və "Vesenniy kray - Azerbaydjan" mahnılarını xüsusi qeyd etmək istərdim. Fikrimcə, bu əsərlər Vətənə məhəbbətin himnidir".

O vurğulayıb ki, atasının xatirəsinin əbədiləşdirilməsinə görə, Azərbaycan hökumətinə minnətdardır:

"Atamın xatirəsinin əbədiləşdirilməsi üçün çox işlər görmüş və görməkdə davam edən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva başda olmaqla Azərbaycan hökumətinə sonsuz təşəkkürümü bildirmək istəyirəm. Müslüm Maqomayevə doğma şəhərdə heykəl ucaldılması qərarı bu nəcib missiyanın məntiqi davamıdır".


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.