Azərbaycanlı qadın boksçu cinayət işinə görə yarışa gedə bilmədi

Azərbaycanlı qadın boksçu cinayət işinə görə yarışa gedə bilmədi
13 Mar 2020 11:41

Azərbaycanın qadınlardan ibarət boks millisinin üzvü Məryəm Cəbrayılova (-69 kq) Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirinə gedə bilməyib.

realpress.az-ın xəbərinə görə, Minskdə keçirilmiş II Avropa Oyunlarında Azərbaycanın yeganə təmsilçisi olmuş Cəbrayılova heç hava limanına getməyə lüzum görməyib.

Buna səbəb onun üzərində cinayət işinə dair qərarın olmasıdır. Çıxarılmış məhkəmə qərarına əsasən, idmançımıza ölkədən kənara çıxmama qadağası qoyulub. Nəticədə, Azərbaycan millisi Londona 12 yox, 11 boksçu (səkkiz kişi və üç qadın) ilə yollanmalı olub.

Qeyd edək ki, Məryəm Cəbrayılova ötən ilin mayın 5-də Günay Zeynalova adlı qadını səkkiz yaşlı qızının gözü önündə döyüb. O, öz maşınından düşərək, Zeynalovanın üz və baş nahiyəsinə zərbələr endirib.

Günay Zeynalovanın şikayəti əsasında cinayət işi açılıb. Səbail Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud şəkildə pozma, şəxslər üzərində zor tətbiq olunması) maddəsi ilə onu cərimələyib. Cərimənin məbləği 1000 manatdan üç min manatadəkdir. Həmçinin, azadlığın məhdudlaşdırılması – ölkədən kənara çıxmama qadağası qoyulub.

Məryəm Cəbrayılova bununla bağlı ötən ilin sonlarında Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Lakin hakim Əflatun Qasımovun sədrliyi ilə keçən prosesdə I instansiyada çıxarılan hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, Məryəm Cəbrayılova əvvəl gənclər arasında Avropa üçüncüsü olub. O, ötən il Azərbaycanı Belarusun paytaxtı Minskdə keçirilmiş II Avropa Oyunlarında yeganə qadın boksçu kimi təmsil edib.


23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

23 Apr 2024
İdman

Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu

Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatının ikinci günündə gümüş medal qazanıb.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi - VİDEO

Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

22 Apr 2024
İdman

Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub - FOTO

Azərbaycanın cüdo yığması İtaliyanın Liqnano şəhərində gənclər arasında keçirilmiş Avropa Kubokunda ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.