Nəriman Abbasovun çempionluq kəmərini müdafiə etmək üçün rəqibi bilindi

Nəriman Abbasovun çempionluq kəmərini müdafiə etmək üçün rəqibi bilindi
13 Mar 2020 10:49

TT döyüş və “Qəbələ” idman klubunun MMA döyüşçüsü Nəriman Abbasov apreldə “Fight Nights Global” çempion kəmərinin ilk müdafiəsini keçirəcək. 

realpress.az xəbər verir ki, bu, Azərbaycan MMA-nın 2020-ci ildəki ən gözlənilən hadisəsidir.

Nəriman Mixail Qoqitidze ilə döyüşdə ən güclü yüngül çəkili adını müdafiə etməyə çalışacaq.

Milliyyətcə gürcü olan, ancaq Rusiya vətəndaşı olan Qoqitidze indiyədək 20 döyüş keçirib. 30 yaşlı idmançı bunlardan 14-də qələbə qazanıb, altısında məğlub olub.

Nəriman Abbasovda isə indiyə olan göstərici 24 qələbə və üç məğlubiyyətdir. 26 yaşlı idmançımız ardıcıl doqquz görüşdür ki, döyüşlərdən qalib ayrılır.


Döyüş aprelin 18-də Moskvada Böyük Vətən Müharibəsinin başa çatmasının 75 illiyinə həsr olunmuş “Fight Nights Global 98” turniri çərçivəsində baş tutacaq. Turnirə hazırlıq məşqçi Şəhriyar Abbasovun rəhbərliyi altında aparılır. Təlim-məşq toplanışları Əbdülmanaf Nurməhəmmədov adına Akademiyada və Tailanddakı nüfuzlu “Tiger Muay Thai & MMA” düşərgəsində keçirilib.

Qeyd edək ki, bu döyüşçülər artıq bir dəfə üz-üzə gəlib. Onlar 2018-ci ilin oktyabrın 19-da “Fight Nights Global 90” turniri çərçivəsində görüşüb və döyüş birinci raundda Nəriman Abbasovun xeyrinə başa çatıb.


19 Apr 2024
İdman

Azərbaycan həndbol çempionatı: həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.

19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.