Gimnastika üzrə Dünya Kubokunun Bakı mərhələsində koronavirusdan qorunmaq üçün tədbirlər görülüb

Gimnastika üzrə Dünya Kubokunun Bakı mərhələsində koronavirusdan qorunmaq üçün tədbirlər görülüb
12 Mar 2020 16:57

“İdman Gimnastikası üzrə Dünya Kubokunun Bakı mərhələsinin Təşkilat Komitəsi yarış iştirakçılarını koronavirus infeksiyası təhlükəsindən qorumaq üçün tədbirlər görüb”.

Bu barədə Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə TASS-a məlumat verib.

“Dünya Kubokunun Bakı mərhələsi “Olimpiada-2020” üçün təsnifat turnirlərindən biridir. 42 ölkədən olan bütün nümayəndələr artıq Azərbaycandadır”, - deyə Məmmədzadə bildirib.

O, heç bir risk olmadığını qeyd edib: “Təşkilat Komitəsi insanların təhlükəsizliyi üçün əlindən gələni edir. Fevralın ortalarında bizdə batut gimnastikası üzrə Dünya Kuboku keçirilib. Həmin vaxt artıq koronavirus barədə məlumatlar yayılmışdı. Onda da hər şey normal keçdi”.

Baş katib bildirib ki, epidemioloji vəziyyətin daha əlverişsiz olduğu ölkələrdən, xüsusən Çin, Cənubi Koreya, İtaliya və İrandan gələn qonaqlar müayinə üçün dərhal xəstəxanaya aparılıblar, onların heç birində problem aşkarlanmayıb.

Gimnastika üzrə Dünya Kubokunun Bakı mərhələsi martın 12-dən 15-nə kimi davam edəcək.

Rusiya yığmasının baş məşqçisi Valentina Rodionenko Bakıya gəlməzdən əvvəl TASS-a yarışların tamaşaçısız keçirilməli olduğunu bildirib.

“Əsas və məşq zallarında əllər üçün divar sterilizatorları, girişdə isə termal kamera var. Binaya girən insanların hamısının uzaqdan bədən temperaturu ölçülür. Bu yolla binaya daxil olan hər bir insanın səhhəti barədə məlumat alırıq”, - deyə Məmmədzadə vurğulayıb.

Onun sözlərinə görə, hər gün məşq və yarışlar bitdikdən sonra zalın dezinfeksiya olunması planlaşdırılıb.

28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.

26 Mar 2024
İdman

Azərbaycanın 5 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəldi

Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir.